AZ |
Elektron xidmətlər
ELEKTRON MÜRACİƏT
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
QAYNAR XƏTT
104 / 185
BORCUNU / LİMİTİNİ ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları
   
İctimai Şura
   
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə komissiya
   
Qazlaşdırılma sahəsində lisenziyaya malik olan təşkilatların siyahısı
   
Lisenziya əsasında fəaliyyət göstərən podratçı təşkilatların siyahısı
   
Dövlət Xidmətləri Portalı
   
ASAN Xidmət

ASAN-da "Azəriqaz" İB-nin Müştəri xidmətinin fəaliyyəti haqqında

“Azəriqaz” İB-nin Müştəri xidməti şöbəsi 2014-cü ildə yaranmış, Azərbaycan Respublikası Prezidentinin 04 may 2016-cı il 890 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən və Bakı şəhərində fəaliyyət göstərən 3 “ASAN kommunal” mərkəzlərində, 14 Region “ASAN xidmət” mərkəzlərində (Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərməkdədir. Şöbənin əsas fəaliyyəti istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif etməkdir. Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “Azəriqaz” İB tərəfindən xidməti pəncərələrdə (iyirmi bir) növ xidmət göstərilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanınına uyğun olaraq fəaliyyət göstərən KOB evlərində də abonentlərə xidmət göstərməyi təşkil etmişik. Fərmanların icrasının təmin edilməsi məqsədilə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslübda və müasir innovasiyalar tətbiq etməklə “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təmin edilməsi üçün Xaçmaz və Evlax şəhərlərində KOB evləri yaradılmışdır. Qeyd olunan KOB Evlərində “Azəriqaz” İB tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonentlərə tam şəkildə xidmət göstərilməkdədir.


2022      All rights reserved