Baş direktor əmək fəaliyyətində fərqlənən əməkdaşları mükafatlandırdı
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Mingəçevir şəhərinə səfər çərçivəsində əmək fəaliyyətində fərqlənən əməkdaşlarla görüş keçirib. Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Görüş zamanı çıxış edən baş direktor əməkdaşların peşəkar və məsuliyyətli fəaliyyətinin göstərilən xidmətin keyfiyyətinə birbaşa təsir etdiyini vurğulayaraq, kollektivin əməyinin daim yüksək qiymətləndirildiyini qeyd edib. Daha sonra 16 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.