Nərimanov rayonunun 2 küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 04.02.2026-cı il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.