“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və
“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli
Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qazdan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir;
2.2. “Qazdan istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
3. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452 (Cild I); 2024, № 3, maddə 336; 2025, № 9, maddə 879, № 12 (II kitab), maddə 1209) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 9 ” “ iyul ” 2026-cı il
№ 206
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2026-cı il
“ 9 ” iyul tarixli
206 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Qazdan istifadə
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1.1.22-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə satıcı ilə istehlakçılar və digər qaz təchizatı subyektləri arasında yaranan qarşılıqlı münasibətləri, habelə istehlakçılara qazın satışının xüsusiyyətlərini və qazın pərakəndə satışı ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. balans mənsubiyyəti sərhədi – qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın nəqli və ya qazpaylayıcı sistem operatoru və istehlakçı arasında qaz şəbəkələrinin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;
1.2.2. qaz nəqli sistem operatoru – qazın nəqlini həyata keçirən hüquqi şəxs;
1.2.3. qazın saxlanması sistem operatoru – yeraltı qaz anbarında qazın saxlanmasını həyata keçirən hüquqi şəxs;
1.2.4. qazpaylayıcı sistem operatoru – istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını həyata keçirən hüquqi şəxs;
1.2.5. pərakəndə satıcı – istehlakçılara qazın pərakəndə satışını həyata keçirən hüquqi şəxs;
1.2.6. sabit tarif – qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin bu Qaydaların 10-cu hissəsində nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi;
1.2.7. sayğacın qoşulma sxemi – tikinti obyektinin müvafiq qaz şəbəkəsinə fiziki qoşulma nöqtəsindən sayğaca qədər bir-biri ilə əlaqələndirilmiş qaz komponentlərinin (xətlər, tənzimləyici qurğu, bağlayıcı armatur və s.) qoşulma ardıcıllığı;
1.2.8. xidmət nöqtələri – kiçik və orta biznes evləri (KOB evləri), “ASAN
Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri);
1.2.9. topdan satıcı – qazın topdansatışı və idxalı fəaliyyətlərini həyata keçirən hüquqi şəxs.
1.3. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini Tənzimləyici həyata keçirir. Dövlət nəzarətinin həyata keçirilməsi zamanı bu
Qaydaların, qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı Tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.
1.4. Tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların qaz şəbəkəsinə qoşulması Qanunun 1.1.11-ci maddəsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan qaz təchizatı sisteminə dair qaydalarla tənzimlənir.
1.5. Bu Qaydalarda Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) xidmət kanalı üzərindən həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili pərakəndə satıcının və müvafiq sistem operatorunun informasiya sistemi (bundan sonra – Sistem) vasitəsilə həyata keçirilir.
1.6. Qaz təchizatı subyektləri tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında”, kommersiya sirri ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi isə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.7. Qaz təchizatı subyektləri və istehlakçılar onlar arasında yaranan mübahisələrə baxılması üçün Tənzimləyiciyə və (və ya) məhkəməyə müraciət edə bilərlər.
1.8. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. Qaz təchizatı subyektləri arasında və istehlakçılarla bağlanılan müqavilələr
2.1. İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış qazın alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
2.2. Qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.
2.3. Qanunun 16.2-ci maddəsinə uyğun olaraq aşağıdakı müqavilələr bu Qaydalara əlavə edilmiş 1, 2, 3 və 4 nömrəli əlavələrə uyğun tərtib edilməlidir:
2.3.1. qaz nəqli sistem operatoru ilə bağlanılan qazın nəqli xidmətlərinin göstərilməsi müqaviləsi;
2.3.2. qazpaylayıcı sistem operatoru ilə bağlanılan qazın paylanması xidmətlərinin göstərilməsi müqaviləsi;
2.3.3. qazın saxlanması sistem operatoru ilə bağlanılan qazın saxlanması xidmətlərinin göstərilməsi müqaviləsi;
2.3.4. istehlakçı ilə bağlanılan qazın alqı-satqı müqaviləsi.
2.4. Topdan satıcı ilə bağlanılan qazın alqı-satqı müqaviləsinin şərtləri sərbəst müəyyən edilir.
2.5. Məişət istehlakçısının mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd əsasında bir və ya müxtəlif ünvanlar üzrə yerləşən tikinti obyektinin qaz təchizatı üçün hər bir tikinti obyekti üzrə ayrı-ayrılıqda qazın alqı-satqı müqaviləsi bağlanılır.
2.6. Qeyri-məişət istehlakçısının mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd əsasında bir və ya müxtəlif ünvanlar üzrə yerləşən tikinti obyektinin qaz təchizatı üçün hər bir tikinti obyekti üzrə ayrı-ayrılıqda və ya bütün tikinti obyektləri üzrə bir alqı-satqı müqaviləsi bağlanıla bilər. Bu halda həmin tikinti obyektlərinin siyahısı qazın alqı-satqı müqaviləsinə əlavə edilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
2.7. Qaz təchizatı həyata keçirilən tikinti obyektinin təyinatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dəyişdirildikdə (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi) həmin tikinti obyektinin təyinatına uyğun qaz təchizatı üçün bu Qaydaların 1.4-cü bəndi nəzərə alınmaqla bu Qaydaların tələblərinə uyğun olaraq yeni qazın alqı-satqı müqaviləsi bağlanılmalıdır.
2.8. Qaz satıcısı qazı satmaq imkanına malik olduğu halda istehlakçılarla qazın satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina edə bilməz.
2.9. Qaz satıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin bağlanılmasına, dəyişiklik edilməsinə və ya ləğv edilməsinə görə ödəniş tələb olunmur.
2.10. Tikinti obyektinin qaz təchizatı üçün alqı-satqı müqaviləsi bağlamış tərəflər arasında bu Qaydalarla tənzimlənməyən münasibətlər Qanunla, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
2.11. Qaz təchizatı sektorunda qaz təchizatı subyektləri arasında qanuna zidd olmayan digər müqavilələr də bağlanıla bilər.
3. Qazın pərakəndə satış şərtləri
3.1. Qazın pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir.
3.2. Qazın pərakəndə satışı ilə bağlı pərakəndə satıcı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması üçün istehlakçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydaların 3.3-cü bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların və sənədlərin Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi ərazi üzrə xidmət nöqtələrində pərakəndə satıcının işçisinə ərizə ilə
(elektron və ya yazılı formada) müraciət edir.
3.3. Sistemə aşağıdakı məlumatlar daxil edilir:
3.3.1. istehlakçının (məişət istehlakçısı istisna olmaqla) VÖEN-i;
3.3.2. istehlakçının fərdi identifikasiya nömrəsi (VÖEN olmadıqda);
3.3.3. istehlakçının tikinti obyektinin üzərində istehlakçının mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);
3.3.4. tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi (həmin tikinti obyekti üzrə texniki şərtlərlə müəyyən edilmiş ümumi saatlıq buraxılış qaz həcmindən çox olmamaq şərtilə);
3.3.5. Qanunun 1.1.11-ci maddəsində nəzərdə tutulan qaz təchizatı sisteminə dair qaydaların tələblərinə uyğun olaraq tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən verilmiş və istehlakçının tikinti obyektinin qazın nəqli şəbəkəsinə və ya qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasını təsdiq edən qoşulma aktı;
3.3.6. istehlakçının tikinti obyektində sənaye qaz qurğusunun quraşdırıldığı halda sənaye qaz qurğusunun istismarına icazə;
3.3.7. istehlakçının tikinti obyektində qaz sayğacının quraşdırılması aktı;
3.3.8. balans mənsubiyyəti sərhədini müəyyən edən akt;
3.3.9. istehlakçının mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda).
3.4. Bu Qaydaların 3.3.4–3.3.8-ci yarımbəndlərində göstərilən məlumatlar və ya sənədlər Sistem vasitəsilə qaz nəqli sistem operatorundan və ya qazpaylayıcı sistem operatorundan və yaxud Tənzimləyicidən əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar istehlakçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi istehlakçının razılığı ilə sorğu əsasında aidiyyəti üzrə qaz nəqli sistem operatorundan və ya qazpaylayıcı sistem operatorundan və yaxud Tənzimləyicidən tələb olunur və ya istehlakçı tərəfindən təmin edilir. Sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.
3.5. Pərakəndə satıcı istehlakçıdan bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulandan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
3.6. Qazın pərakəndə satışı ilə bağlı qazın alqı-satqı müqaviləsinin bağlanılması istehlakçının müraciət etdiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq təmin edilir.
3.7. Pərakəndə satıcının işçisi istehlakçının xidmət nöqtələri vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir, həmin gün qeydiyyata alır və Sistemə daxil edir. Sistemə daxil edilən məlumatlar avtomatik qaydada həmin gün qeydiyyata alınır.
3.8. Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 3.3-cü bəndinin tələblərinə uyğunluğu istehlakçının müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat pərakəndə satıcının işçisi tərəfindən xidmət nöqtələri vasitəsilə istehlakçıya təqdim edilir, yaxud poçt rabitəsi vasitəsilə istehlakçıya göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və Sistemə yüklənilir. İstehlakçıya təqdim edilən (göndərilən) məlumatda formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir.
3.9. İstehlakçı həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydaların 3.6-cı bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə istehlakçının müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.10. İstehlakçı sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydaların 3.9-cu bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında pərakəndə satıcı tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində xidmət nöqtələri vasitəsilə istehlakçıya təqdim edilir, yaxud poçt rabitəsi vasitəsilə istehlakçıya göndərilməsi təmin edilir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir və Sistemə yüklənilir.
3.11. Sistemə daxil edilmiş məlumatların bu Qaydaların 3.3-cu bəndinin tələblərinə uyğunluğu təsdiqləndikdən sonra pərakəndə satıcının işçisi 1 (bir) gün müddətində qazın alqı-satqı müqaviləsini 2 (iki) nüsxədə tərtib edib imzalanması üçün xidmət nöqtələri vasitəsilə istehlakçıya təqdim edir, yaxud poçt rabitəsi vasitəsilə istehlakçıya göndərilməsini təmin edir, eyni zamanda ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərir.
3.12. İstehlakçı qazın alqı-satqı müqaviləsini aldığı tarixdən 2 (iki) gün ərzində qazın alqı-satqı müqaviləsinin hər iki nüsxəsini imzalayır (dövlət orqanı (qurumu) və ya hüquqi şəxs olan istehlakçılar həmçinin möhürlə təsdiq edir) və bu Qaydaların 3.11-ci bəndində göstərilən üsullardan biri vasitəsilə pərakəndə satıcıya təqdim edir
(göndərir). Pərakəndə satıcı istehlakçı tərəfindən imzalanmış qazın alqı-satqı müqaviləsini aldığı tarixdən 2 (iki) gün müddətində hər iki nüsxəsini imzalayır (o cümlədən möhürlə təsdiq edir) və bir nüsxəsini özündə saxlamaqla digər nüsxəsini bu Qaydaların 3.11-ci bəndində göstərilən üsullardan biri vasitəsilə istehlakçıya təqdim edir (göndərir), habelə istehlakçıya qazın verilməsinin təmin edilməsi üçün müqavilənin surətini Sistem vasitəsilə onun tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim edir (göndərir).
3.13. Pərakəndə satıcı hər bir istehlakçıya qazın alqı-satqı müqaviləsi bağlandığı gündən təkrarlanmayan fərdi istehlakçı kodu verir və həmin andan istehlakçı tərəfindən istehlak edilmiş qazın dəyəri və sabit tarif üzrə hesablaşmalar fərdi istehlakçı kodu üzrə aparılır. Pərakəndə satıcı hər bir istehlakçıya verilmiş fərdi istehlakçı kodunu 1 (bir) gün müddətində Sistem vasitəsilə istehlakçının tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim edir (göndərir).
3.14. İstehlakçı bu Qaydaların 3.12-ci bəndində göstərilən müddətdə qazın alqı-satqı müqaviləsinin hər iki nüsxəsini imzalayıb (dövlət orqanı (qurumu) və ya hüquqi şəxs olan istehlakçılar həmçinin möhürlə təsdiq edib) pərakəndə satıcıya təqdim etmədikdə (göndərmədikdə) pərakəndə satıcı tərəfindən bu Qaydaların 3.10-cu bəndində göstərilən tədbirlər görülür. Bu halda istehlakçı tərəfindən bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq yenidən ərizə ilə müraciət edilə bilər.
3.15. Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının tikinti obyektinin qaz təchizatı üçün pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin və fərdi istehlakçı kodunun alındığı tarixdən 1 (bir) gün müddətində həmin müqavilə üzrə tikinti obyektinə qazın verilməsi istehlakçının iştirakı ilə 2 (iki) nüsxədə aktla rəsmiləşdirilməklə təmin edilir, aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilir və Sistemə yüklənilir.
3.16. İstehlakçı onun barəsində və ya mülkiyyətində (istifadəsində) olan tikinti obyektinin qaz təchizatı ilə bağlı bu Qaydaların 3.3-cü bəndində göstərilən məlumatlarda və (və ya) sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, 10 (on) gün müddətində həmin məlumatları və (və ya) sənədləri bu Qaydaların 3.11-ci bəndində göstərilən üsullardan biri vasitəsilə pərakəndə satıcıya təqdim etməlidir. Pərakəndə satıcı istehlakçı barəsində və ya onun mülkiyyətində (istifadəsində) olan tikinti obyektinin qaz təchizatı ilə bağlı yenilənmiş məlumatları və (və ya) sənədləri aldığı tarixdən 2 (iki) gün müddətində həmin istehlakçı ilə bağlanılmış qazın alqı-satqı müqaviləsində dəyişiklik edilməsi üçün bu Qaydaların 3-cü hissəsinin tələblərinə uyğun olaraq tədbirlər görür.
3.17. Qazın alqı-satqı müqaviləsi bağlanılmış istehlakçının tikinti obyektinin mülkiyyətçisi (istifadəçisi) dəyişdikdə, əvvəlki istehlakçı tikinti obyektinin mülkiyyətçisi (istifadəçisi) dəyişdiyi günədək qazdan istifadəyə görə və sabit tariflə bağlı qalıq borcunu ödəməli, Sistem vasitəsilə pərakəndə satıcıdan borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni mülkiyyətçiyə (istifadəçiyə) təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün 10 (on) gün müddətində pərakəndə satıcıya müraciət etməlidir. Müraciətə bu Qaydaların 3.3.1–3.3.3-cü və 3.3.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar (sənədlər) əlavə edilməlidir. Müraciət daxil olduğu tarixdən 2 (iki) gün müddətində əvvəlki istehlakçı ilə bağlanılmış qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməli və yeni mülkiyyətçi (istifadəçi) ilə pərakəndə satıcı arasında qazın alqı-satqı müqaviləsinin bağlanılması üçün bu Qaydaların 3-cü hissəsinin tələblərindən irəli gələn tədbirlər görülməlidir.
3.18. İstehlakçı yazılı müraciəti əsasında qazın verilməsinin dayandırılması şərtilə pərakəndə satıcı ilə bağlanılmış qazın alqı-satqı müqaviləsini ləğv edə bilər. Pərakəndə satıcı istehlakçının yazılı müraciətini aldığı tarixdən 2 (iki) gün müddətində qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edir və həmin qərarı Sistem vasitəsilə müqavilə üzrə tikinti obyektinə qazın verilməsinin dayandırılması üçün tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim edir (göndərir). İstehlakçı qazın alqı-satqı müqaviləsinin ləğv edildiyi və qazın verilməsinin dayandırıldığı tarixədək istifadə etdiyi qazın dəyərini və sabit tariflə bağlı qalıq borcunu ödəməlidir.
3.19. Qazın alqı-satqı müqaviləsi ləğv edilmiş istehlakçı tərəfindən sonradan qazın alqı-satqı müqaviləsinin bağlanılması üçün bu Qaydaların tələblərinə uyğun olaraq pərakəndə satıcıya yenidən ərizə ilə müraciət edə bilər.
4. Qaz təchizatı sahəsində tərəflərin vəzifələri və hüquqları
4.1. Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:
4.1.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;
4.1.2. fəaliyyət ərazisini və qazın satışı şərtlərini, habelə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş məlumatları rəsmi internet saytında yerləşdirmək;
4.1.3. ağıllı sayğacı olan istehlakçılar istisna olmaqla, istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;
4.1.4. istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;
4.1.5. bu Qaydaların 9-cu hissəsi ilə müəyyən edilən hesabatları və məlumatları Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Tənzimləyiciyə və Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;
4.1.6. Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;
4.1.7. istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;
4.1.8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların istehlakçılara çatdırılmasını və qorunmasını təmin etmək;
4.1.9. fasiləsiz (24/7) fəaliyyət göstərən “qaynar xətt” əlaqə mərkəzini yaratmaq və fəaliyyətini təmin etmək;
4.1.10. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 4.2. Pərakəndə satıcının hüquqları aşağıdakılardır:
4.2.1. sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
4.2.2. təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;
4.2.3. istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif bu Qaydaların 8.1.2-ci yarımbəndində göstərilən müddətdə tam ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək. 4.3. Topdan satıcının vəzifələri aşağıdakılardır:
4.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;
4.3.2. qazın satışı şərtlərini və Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin
41-ci maddəsində nəzərdə tutulmuş məlumatları rəsmi internet saytında yerləşdirmək;
4.3.3. bu Qaydaların 9-cu hissəsi ilə müəyyən edilən hesabatları və məlumatları Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Tənzimləyiciyə və Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;
4.3.4. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların istehlakçılara çatdırılmasını və qorunmasını təmin etmək;
4.3.5. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.4. Topdan satıcının hüquqları aşağıdakılardır:
4.4.1. sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
4.4.2. Qanunla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4.5. Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır:
4.5.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;
4.5.2. bu Qaydaların 8.3-cü bəndi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
4.5.3. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
4.5.4. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək və nəticəsini aktla rəsmiləşdirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qaydaların 4.12-ci bəndinin tələblərinə uyğun olaraq);
4.5.5. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə ildə bir dəfədən az olmayaraq şəbəkəyə baxış keçirmək və nəticəsini aktla rəsmiləşdirmək;
4.5.6. təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
4.5.7. istehlakçıların qaz qurğularına və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq qaz qurğularına və qaz xətlərinə texniki xidməti həyata keçirmək;
4.5.8. qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;
4.5.9. qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək;
4.5.10. fasiləsiz (24/7) fəaliyyət göstərən “qaynar xətt” əlaqə mərkəzini yaratmaq və fəaliyyətini təmin etmək;
4.5.11. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.6. Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır:
4.6.1. istehlakçılara bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
4.6.2. qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
4.6.3. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək;
4.6.4. Qanunla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4.7. Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılardır:
4.7.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;
4.7.2. bu Qaydaların 8.3-cü bəndi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
4.7.3. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
4.7.4. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək və nəticəsini aktla rəsmiləşdirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qaydaların 4.12-ci bəndinin tələblərinə uyğun olaraq);
4.7.5. qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
4.7.6. qazın satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində ona vurulmuş zərərin əvəzini ödəmək;
4.7.7. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 4.8. Qaz nəqli sistem operatorunun hüquqları aşağıdakılardır:
4.8.1. istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
4.8.2. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək;
4.8.3. Qanunla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4.9. İstehlakçıların vəzifələri aşağıdakılardır:
4.9.1. Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;
4.9.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək;
4.9.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək;
4.9.4. qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin bu Qaydaların 4.5.4-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qaydaların 4.5.3-cü və 4.7.3-cü yarımbəndlərinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış qaz sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;
4.9.5. bu Qaydalara riayət etmək;
4.9.6. sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək;
4.9.7. müayinə aktına əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət göstərilməsi üçün qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı ilə müqavilə bağlamaq;
4.9.8. qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə müvafiq müqavilə bağlanıldığı hallarda texniki xidməti həyata keçirmək üçün tikinti obyektinə maneəsiz daxil olmalarını təmin etmək;
4.9.9. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.10. İstehlakçıların hüquqları aşağıdakılardır:
4.10.1. qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
4.10.2. qazın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmaq;
4.10.3. qazın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın razılaşdırılmış təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində vurulmuş ziyanın qaz satıcısı tərəfindən ödənilməsini tələb etmək;
4.10.4. qaz satıcısından, qaz nəqli sistem operatorundan və ya qazpaylayıcı sistem operatorundan bu Qaydalarla müəyyən edilən hallarda bildiriş almaq;
4.10.5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsini tələb etmək;
4.10.6. Qanunla və müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
4.11. Qazın saxlanması sistem operatorunun vəzifələri və hüquqları Qanunun 10-cu maddəsi ilə müəyyən edilir.
4.12. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri və təzyiqi
5.1. İstehlakçıya topdan və ya pərakəndə satılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir və həmin tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
5.2. Qazın keyfiyyət göstəriciləri Tənzimləyici tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılır və nəticələri barədə istehlakçılara və aidiyyəti qaz təchizatı subyektlərinə məlumat verilir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə, qazın həmin tələblərə uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi aidiyyəti qaz təchizatı subyektlərindən tələb edilir.
5.3. Qanunun 11.3.11-ci maddəsinə uyğun olaraq, istehlakçıların təchiz edildiyi qazın təzyiqinin göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğu qazpaylayıcı sistem operatoru tərəfindən təmin edilir.
5.4. Qazın keyfiyyət göstəricilərinə və təzyiqinə uyğun verilməməsi nəticəsində təqsirkar tərəf vurulmuş zərərin əvəzini ödəməlidir. Zərər və onun əvəzinin ödənilməsi məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
6. Qaz sayğaclarının quraşdırılması və istismarı
6.1. Tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq qaz sayğacları ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi, habelə onların istismarı ilə bağlı digər məsələlər Qanunun 13.9-cu maddəsinin tələbləri nəzərə alınmaqla, Qanunun 1.1.11-ci maddəsində nəzərdə tutulan qaz təchizatı sisteminə dair qaydaları ilə tənzimlənir.
6.2. Qaz sayğaclarının istismarı prosesində istehlakçılar tərəfindən qaz sayğacında uçotun pozulmasına səbəb olan texniki nasazlıqlar aşkar edildikdə bu barədə dərhal “qaynar xətt” əlaqə mərkəzi vasitəsilə qaz satıcısına və ya tikinti obyektinin qoşulduğu müvafiq qaz şəbəkəsindən asılı olaraq qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna məlumat verilməlidir.
7. Qazın dəyərinin və sabit tarifin uçotu və ödənilməsi şərtləri, habelə sayğaca müdaxilə və qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin hesablanması qaydası
7.1. İstehlakçılara qazın pərakəndə satış tarifləri və sabit tarif bu Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilir.
7.2. Bu Qaydaların 7.16-cı, 7.17-ci, 7.20-ci, 7.22-ci və 7.23-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq növbəti təqvim ayının 10-dək qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir).
7.3. Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda bu Qaydaların 7.2-ci bəndində müəyyən edilmiş müddətdə hesab qaz satıcısı tərəfindən istehlakçıya təqdim edilməlidir (göndərilməlidir).
7.4. Hesab elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı formada istehlakçıya təqdim edilir (göndərilir).
7.5. Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur.
7.6. Qaz sayğacının göstəricilərinə əsasən istehlak olunan qaza görə və sabit tarif üzrə hesablaşma dövrü bir təqvim ayı qəbul olunur.
7.7. İstehlakçıya təqdim olunan (göndərilən) hesabda aşağıdakı məlumatlar göstərilməlidir:
7.7.1. istehlakçının adı, ünvanı və fərdi istehlakçı kodu (fiziki şəxs olan istehlakçılara münasibətdə soyadı, adı və atasının adı, digər istehlakçılara münasibətdə tam adı);
7.7.2. qazın alqı-satqı müqaviləsinin tarixi və nömrəsi;
7.7.3. qaz sayğacının markası və nömrəsi;
7.7.4. hesablaşma dövrü üzrə qaz sayğacının əvvəlki və cari göstəriciləri, habelə istehlak olunan qazın həcmi (kubmetrlə);
7.7.5. qazın hər min kubmetrinə və sabit tarifə görə tətbiq olunan tarif;
7.7.6. hesablaşma dövrü üzrə qaz sayğacının göstəricilərinə əsasən istehlak olunan qaza görə və sabit tarif üzrə ödənilməli olan məbləğ;
7.7.7. sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcun, sabit tariflə bağlı qalıq borcun məbləği və ödənişin son tarixi (ödənişin son tarixi bu Qaydaların 9-cu bəndi nəzərə alınmaqla müəyyən edilir);
7.7.8. ödənişin üsulları;
7.7.9. hesabın tərtib edilməsi və istehlakçıya təqdim edilməsi (göndərilməsi) tarixləri;
7.7.10. hesabı təqdim edən subyektin adı, ünvanı və “qaynar xətt” əlaqə mərkəzinin nömrəsi;
7.7.11. hesablaşma dövrü üzrə istehlak olunan qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarifin ödənişin son tarixinədək tam məbləğdə ödənilməməsinin istehlakçıya qazın verilməsinin dayandırılmasına səbəb olacağı barədə məlumat.
7.8. Bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq müxtəlif ünvanlar üzrə yerləşən tikinti obyektlərinin qaz təchizatı üçün istehlakçı ilə birdən çox qazın alqısatqı müqaviləsi bağlanıldığı halda istehlak olunan qazın dəyərinin və sabit tarifin ödənilməsinə dair hər bir tikinti obyekti üzrə istehlakçıya ayrıca hesab təqdim edilir (göndərilir).
7.9. Bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərinə uyğun olaraq qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildiyi (göndərildiyi) tarixdən bir təqvim ayı müddətində istehlakçı tərəfindən tam ödənilməlidir.
7.10. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.
7.11. İstehlakçının istifadə etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsinə dair yazılı hesabın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz satıcısı və ya müvafiq sistem operatoru daşıyır.
7.12. İstifadə olunan qazın hesabında göstərilən dəyəri və sabit tarif bank, poçt, POS-terminal, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu vasitəsilə ödənilir.
7.13. Topdan satıcı tərəfindən satılmış qazın dəyərinin ödənilməsi qaydası onunla bağlanılan qazın alqı-satqı müqaviləsi ilə müəyyən edilir.
7.14. Sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
7.15. Bu Qaydaların 7.14-cü bəndində nəzərdə tutulmuş aktda sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin bu Qaydaların tələblərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumat, sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma hallarını əks etdirən foto və ya video materiallar, həmçinin həmin hallara dair əhəmiyyət kəsb edən digər sübutlar əlavə edilir.
7.16. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (sayğacın plombunun bütövlüyünün pozulması, hesablayıcı mexanizminin mühafizə qapağının və ya şüşəsinin bütövlüyünün pozulması, ölçü blokunun çıxış borusunun zədələnməsi, hesablayıcı mexanizminin dayandırılması və ya sıradan çıxarılması məqsədilə kənar əşyalardan və ya vasitələrdən istifadə edilməsi və sayğaca vizual baxış nəticəsində müdaxilənin müəyyən edilməsi mümkün olan digər hallarda), müvafiq sistem operatoru tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 4.5.4-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 7.18-ci bəndi ilə müəyyən edilmiş şərtlər, habelə məişət istehlakçısına münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
7.17. Qaz şəbəkələrinə qanunsuz qoşulma halları aşkar edildikdə, müvafiq sistem operatoru bu Qaydaların 8.6-cı bəndində göstərilən tədbirləri görməli və qaz şəbəkələrinə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 (on iki) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 7.18-ci bəndi ilə müəyyən edilmiş şərtlər, habelə məişət istehlakçılarına münasibətdə sutkanın 12 (on iki) saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
7.18. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə və ya qaz şəbəkələrinə qanunsuz qoşulma nəticəsində müvafiq sistem operatoruna vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
7.18.1. sayğaca müdaxilə, habelə qaz şəbəkələrinə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi faktiki müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
7.18.2. əvvəlki dövrün (sayğaca müdaxiləyə münasibətdə bu Qaydaların 4.5.4-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq sayğaca keçirilmiş sonuncu baxış tarixindən əvvəlki üç aylıq dövr, qaz şəbəkələrinə qanunsuz qoşulmaya münasibətdə bu Qaydaların tələblərinə uyğun olaraq qaz şəbəkələrinə keçirilmiş sonuncu baxış tarixindən əvvəlki on iki aylıq dövr) orta gündəlik qaz istehlakı həcmi;
7.18.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi);
7.18.4. qaz sayğacının markası;
7.18.5. istehlakçı kateqoriyası üzrə tətbiq edilən müvafiq tarif.
7.19. Qaz təchizatı bu Qaydaların tələblərinə uyğun həyata keçirilməyən tikinti obyektlərinə (fərdi istehlakçı kodu və ya uçotu olmayan tikinti obyektlərinə) münasibətdə qaz şəbəkələrinə qanunsuz qoşulma halları aşkar edildikdə, bu Qaydaların 7.17-ci bəndi (bu Qaydaların 7.18.1–7.18.4-cü yarımbəndləri ilə müəyyən edilmiş şərtlər istisna olmaqla) və 7.18.5-ci yarımbəndi nəzərə alınmaqla müvafiq sistem operatoruna vurulmuş zərərin hesablanması zamanı qaz şəbəkələrinə qanunsuz qoşulmuş xəttin en kəsiyindən buraxıla bilən maksimal saatlıq qaz sərfi və həmin xəttə qazın işçi (izafi) təzyiqi (MPa) nəzərə alınır.
7.20. Qaz sayğacları müvafiq sistem operatoru tərəfindən dövri və ya dövlət metroloji nəzarəti qaydasında yoxlanılması üçün istehlakçının tikinti obyektindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində istehlakçıya qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğacın çıxarıldığı tarixdən, lakin 3 (üç) aydan çox olmayan müddətdə əvvəlki on iki aylıq dövrün (qazdan istifadə müddəti on iki aydan az olduqda faktiki istifadə dövrünün) orta gündəlik qaz istehlakı həcminə uyğun aparılır.
7.21. Dövri və ya dövlət metroloji nəzarəti qaydasında yoxlanılması üçün çıxarılmış (götürülmüş) qaz sayğacının bu Qaydaların 7.20-ci bəndində nəzərdə tutulmuş müddətdə müxtəlif səbəblərdən tikinti obyektinə qaytarılması və yerinə quraşdırılması mümkün olmadıqda Qanunun 13.9-cu maddəsinin tələblərinə uyğun olaraq müvafiq sistem operatoru tərəfindən həmin tikinti obyektinin qaz təchizatı layihəsinə uyğun müvəqqəti əvəzedici qaz sayğacı quraşdırılmalı və hesablaşma həmin sayğac üzrə aparılmalıdır.
7.22. İstehlakçının təqsiri olmadan qaz sayğacında uçotun pozulması halları aşkar edildikdə, müvafiq sistem operatoru tərəfindən bu Qaydaların 6.1-ci bəndində müəyyən edilmiş qaydada qaz sayğacında uçotun pozulması halları aradan qaldırılmalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar bu Qaydaların 5.4-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən uçotun pozulması halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə əvvəlki 12 (on iki) aylıq dövrün (qazdan istifadə müddəti on iki aydan az olduqda faktiki istifadə dövrünün) orta gündəlik qaz istehlakı həcminə uyğun aparılır.
7.23. Tikinti obyektinin qaz təchizatı layihəsində və qazın alqı-satqı müqaviləsində nəzərdə tutulmayan, habelə maksimal saatlıq qaz sərfi qaz sayğacının maksimal sərfölçmə qabiliyyətindən artıq olan qaz qurğularının istehlakçı tərəfindən özbaşına quraşdırılması halları aşkar edildikdə, müvafiq sistem operatoru tərəfindən pozuntunun aradan qaldırılması üçün tədbirlər görülməli və 3 (üç) aydan çox olmayan müddətdə qaz sayğacının maksimal sərfölçmə qabiliyyətindən artıq istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 7.18.5-ci yarımbəndi nəzərə alınmaqla məişət istehlakçısına münasibətdə sutkanın 12 (on iki) saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
7.24. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar müvafiq qaz şəbəkəsinə qanunsuz qoşulma (qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun razılığı olmadan müvafiq qaz şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
8. İstehlakçıya qazın verilməsinin dayandırılması
8.1. Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi aşağıdakı hallarda dayandırılır:
8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qazın verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
8.1.2. qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə;
8.1.3. qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
8.1.4. təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə;
8.1.5. məhkəmənin qərarı ilə;
8.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında;
8.1.7. qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;
8.1.8. qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə;
8.1.9. təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında;
8.1.10. istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə.
8.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (bu Qaydaların 8.1.4-cü və 8.1.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini və sabit tarifi vaxtında ödəməyən istehlakçıya qaz verilməsinin dayandırılması qazın dəyərini və sabit tarifi vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
8.3. Bu Qaydaların 8.1.2-ci və 8.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıq göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
8.4. İstehlakçı ilə müxtəlif ünvanlarda yerləşən tikinti obyektlərinin qaz təchizatı üçün birdən çox qazın alqı-satqı müqaviləsi bağlanıldığı halda, bir ünvan üzrə qazın sayğacla müəyyənləşən dəyəri və sabit tariflə bağlı borca görə borcu olmayan digər ünvanlarda yerləşən tikinti obyektlərinə qazın verilməsi dayandırıla bilməz.
8.5. Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru daşıyır.
8.6. Qaz şəbəkələrinə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır.
8.7. Bu Qaydaların 8.1-ci bəndində göstərilən hallarda qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
8.8. İstehlakçıya qazın verilməsinin dayandırılması və bərpası ilə bağlı tədbirlər Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
9. Qaz satıcıları tərəfindən təqdim edilən hesabatlar və məlumatlar
9.1. Qanunun 12.5.3-cü və 12.6.5-ci maddələrinə uyğun olaraq qaz satıcıları fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Tənzimləyiciyə, Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və (və ya) qazpaylayıcı sistem operatoruna hesabatlar və məlumatlar təqdim edirlər.
9.2. Qaz satıcıları tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Tənzimləyiciyə təqdim olunan rüblük və illik hesabatlar və məlumatlar aşağıdakı komponentlərdən ibarətdir:
9.2.1. “Gəlir və xərclər haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə); 9.2.2. “Maliyyə vəziyyəti haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə);
9.2.3. “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə);
9.2.4. “Qazın satınalınması və satışı haqqında hesabat” (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə).
9.3. Qaz satıcıları Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və (və ya) qazpaylayıcı sistem operatoruna bu Qaydaların 9.2.4-cü yarımbəndində göstərilən hesabatı və məlumatları aylıq, rüblük və illik dövr üzrə təqdim edirlər.
9.4. Qaz satıcıları hesabatları bu Qaydalara əlavə edilmiş 5, 6, 7 və 8 nömrəli əlavələrə uyğun formalarda və məlumatları özündə ehtiva edən göstəriciləri daxil etməklə tərtib edirlər.
9.5. Qaz satıcıları fəaliyyət istiqamətləri üzrə hesabatlarını ay, rüb və il bitdikdən (hesabat tarixindən) sonrakı növbəti ayın 20-dək yazılı və ya elektron qaydada təqdim etməlidirlər.
9.6. Qaz satıcılarının fəaliyyətlərinin nəticələrinə dair təqdim etdikləri hesabatların qeydlərinə həmin hesabatlarda əks etdirilmiş hissələr üzrə hesabat dövründə baş vermiş dəyişiklikləri özündə əks etdirən ətraflı məlumatlar daxil edilir.
9.7. Təqdim edilmiş hesabatlarda natamamlıq, ziddiyyət və ya səhv aşkar edildikdə qaz satıcılarından əlavə məlumat, sənəd və izahat tələb edilir. Qaz satıcıları tələb olunan məlumatları və sənədləri ən qısa müddətdə, lakin 7 (yeddi) iş günündən gec olmayan müddətdə bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulan subyektlərə kağız daşıyıcıda və ya elektron qaydada təqdim etməli, həmçinin yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməlidirlər.
10. Keçid müddəalar
10.1. Bu Qaydalara uyğun olaraq qazın nəqli, paylanması, saxlanması, topdan və pərakəndə satışı üzrə fəaliyyətlər 2027-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir.
10.2. Bu Qaydaların 10.1-ci bəndində nəzərdə tutulan müddətdən qazın nəqli, paylanması, saxlanması, topdan və pərakəndə satışı üzrə fəaliyyətlər Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçirilir.
10.3. Bu Qaydalara uyğun olaraq qazın topdansatış tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri və sabit tarif Qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifi 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən tənzimlənir.
10.4. Bu Qaydaların 10.3-cü bəndi nəzərə alınmaqla, Tənzimləyicinin səlahiyyətləri Qanunun 30.3-cü maddəsinə əsasən 2028-ci il iyulun 1-dək Enerji
Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.
“Qazdan istifadə Qaydaları”na
1 nömrəli əlavə
Qazın nəqli xidmətlərinin göstərilməsi üçün qaz nəqli sistem operatoru ilə qaz satıcısı (topdan satıcı və (və ya) pərakəndə satıcı) arasında bağlanılan
MÜQAVİLƏ
№ ___
_______________________ “___” ________ 20___ il
(müqavilənin bağlanıldığı yer)
Bu Müqavilə bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (________________) olan, nizamnaməsi və “Qaz təchizatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq verilən qazın nəqli üçün icazə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra Operator adlanacaq (subyektin adı) və digər tərəfdən, Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra Qaz satıcısı adlanacaq
(subyektin adı) arasında (bundan sonra – ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər”) bağlanılır.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə mülki qanunvericiliyin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun), “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) və qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq, qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsi bağlayan istehlakçıların qaz təchizatının həyata keçirilməsi məqsədilə qazın nəqli şəbəkəsi vasitəsilə qazın nəqli xidmətlərinin göstərilməsinə dair Operatorla Qaz satıcısı arasında yaranan münasibətləri tənzimləyir.
1.2. Bu Müqaviləyə əsasən, Operator qazın nəqli şəbəkəsi vasitəsilə qazın nəqli xidmətlərini göstərməyi, Qaz satıcısı isə Qanunla və Qaydalarla müəyyən olunmuş tələblərə riayət etməklə qazın nəqli xidmətlərinin tariflərinə uyğun olaraq göstərilən qazın nəqli xidmətinə görə ödənişi həyata keçirməyi öz öhdəsinə götürür.
2. Tərəflərin vəzifələri və hüquqları
2.1. Operatorun vəzifələri aşağıdakılardır:
2.1.1. bu Müqaviləyə uyğun olaraq qazın nəqli xidmətini göstərmək;
2.1.2. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə, habelə sabit tarif haqqında Qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsini bağlayan istehlakçılara (bundan sonra – istehlakçılar) bildiriş, habelə Qaz satıcısının adından hesab (Qaz satıcısının adından hesabın təqdim edilməsinə dair Tərəflərin razılığı olduqda bununla bağlı bu Müqavilədə müvafiq qeyd aparılır) təqdim etmək;
2.1.3. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Qaz satıcısına dəyən zərərin əvəzini ödəmək;
2.1.4. qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
2.1.5. Qaydaların 8.1.2-ci və 8.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
2.1.6. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə Qaydaların 4.12-ci bəndinin tələblərinə uyğun olaraq);
2.1.7. nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
2.1.8. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək;
2.1.9. qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək.
2.2. Operatorun hüquqları aşağıdakılardır:
2.2.1. bu Müqaviləyə uyğun olaraq Qaz satıcısından qazın nəqli xidmətinə görə ödənişi həyata keçirməyi tələb etmək;
2.2.2. hesabat dövründən sonrakı ayın 5-ci iş günündən gec olmayaraq, Qaz satıcısına qazın nəqli xidmətlərinin həcmi haqqında məlumat təqdim etmək;
2.2.3. hesabat dövründən sonrakı ayın 5-ci iş günündən gec olmayaraq, Qaz satıcısına qazın nəqli xidmətləri üçün hesabı təqdim etmək;
2.2.4. istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq. 2.3. Qaz satıcısının vəzifələri aşağıdakılardır:
2.3.1. göstərilən qazın nəqli xidmətləri üçün Operatorun təqdim etdiyi hesaba uyğun olaraq ödəniş etmək;
2.3.2. hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, təqdim edilmiş qazın nəqli xidmətlərinə görə hesab üzrə ödənişi bu Müqavilənin 7.7-ci bəndində müəyyən edilmiş müddət ərzində Operatorun hesabına köçürmədikdə, ödənişin gecikdirildiyi hər bir gün üçün tam ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) ödəmək;
2.3.3. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək;
2.3.4. Qaydaların 9.2.4-cü yarımbəndində göstərilən hesabatları və məlumatları Operatora təqdim etmək.
2.4. Qaz satıcısının hüquqları aşağıdakılardır:
2.4.1. Qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsi bağlayan istehlakçıların qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmasını Operatordan tələb etmək;
2.4.2. bu Müqaviləyə uyğun olaraq qazın nəqli xidmətinin göstərilməsini tələb etmək;
2.4.3. müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
2.4.4. istehlak olunan qazın dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə həmin istehlakçıya qazın verilməsinin dayandırılmasını Operatordan tələb etmək.
3. Qazın nəqli xidmətlərinin göstərilməsinin şərtləri
3.1. Operator tərəfindən göstərilən qazın nəqli xidmətlərinə görə ödənişlər Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilmiş qazın nəqli tariflərinə əsasən həyata keçirilir.
3.2. Qazın nəqli tariflərində edilən dəyişikliklər Tərəflər üçün məcburi hesab olunur. Operator qazın nəqli tariflərində dəyişiklikləri rəsmi internet saytında yerləşdirir.
3.3. Operator bu Müqavilədə müəyyən edilmiş qazın keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun olaraq bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən qazın qəbulu məntəqələrində Qaz satıcısının tərəf olduğu qazın alqı-satqı müqavilələri üzrə qazı onun adından təhvil alır və bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən çatdırılma məntəqələrinə nəqlini, habelə Qaz satıcısının tərəf olduğu qazın alqı-satqı müqavilələri üzrə istehlakçılara çatdırılmasını təmin edir.
3.4. Qaz satıcısı Operatora bu Müqavilə üzrə Operator tərəfindən öhdəliklərinin yerinə yetirməsi üçün istehlakçılarla bağlanılmış qazın alqı-satqı müqavilələrinin surətlərini və Qaydaların 9.2.4-cü yarımbəndində göstərilən hesabat və məlumatları təqdim edir.
4. Nəql olunan qazın həcmləri, təzyiqi və itkiləri
4.1. Bu Müqavilə üzrə nəql xidmətlərinin illik həcminin müəyyən edilməsi məqsədilə qəbul və çatdırılma məntəqələrində təhvil-qəbul olunacaq qaz həcmləri Tərəflər arasında razılaşdırılmış proqnoz göstəricilərinə əsasən ____________kubmetr həcmində müəyyən edilir.
4.2. Qəbul və çatdırılma məntəqələrində Tərəflər arasında müəyyən edilmiş qazın təhvil-qəbulu həcmləri proqnoza münasibətdə dəyişərsə (artar və ya azalarsa), dəyişilmiş həcmlər faktiki vəziyyət üzrə qəbul edilir.
4.3. Bu Müqavilə üzrə Tərəflər arasında qəbul və çatdırılma məntəqələrində təhvil-qəbul olunacaq qazın texnoloji təzyiqləri bu Müqavilənin 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilir.
4.4. Qazın gündəlik həcmləri və təzyiqləri ilə bağlı məsələlər Operatorla Qaz satıcısı arasında tənzimlənir. Qazın uçotunun düzgün aparılmasına Operator cavabdehdir.
4.5. Bu Müqavilə üzrə qazın nəqli prosesində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na uyğun olaraq müəyyən edilmiş itkilərdən və texnoloji sərf normalarından artıq olmayan faktiki itkilər və texnoloji sərf həcmləri Qaz satıcısının qazının hesabına ödənilir və Operator bu cür itkilərə və texnoloji sərfə dair Qaz satıcısı qarşısında heç bir ödəniş etmir və məsuliyyət daşımır.
4.6. Operator qazın nəqli prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na uyğun olaraq müəyyən edilmiş itkilərdən və texnoloji sərf normalarından artıq olan faktiki itkilərə və texnoloji sərfə görə Qaz satıcısı qarşısında məsuliyyət daşıyır və Qaz satıcısına vurulmuş zərərin əvəzini ödəyir.
5. Nəql olunan qazın keyfiyyət göstəriciləri
5.1. Bu Müqavilənin şərtlərinə uyğun olaraq, qəbul məntəqələrindən nəqlə qəbul edilən və çatdırılma məntəqələrinə çatdırılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir. Həmin tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
5.2. Nəql olunan qazın keyfiyyət göstəriciləri Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Operatorun vəsaiti hesabına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən 10 (on) təqvim günündən bir yoxlanılır və təyin edilmiş yeni parametrlər elektron qaz ölçü cihazlarının və (və ya) sayğacların yaddaşına daxil edilir.
5.3. Qazın keyfiyyət göstəriciləri barədə Tərəflər arasında mübahisə yarandıqda, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qazın nümunəsi növbədənkənar götürülür, bu Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq əvvəlki yoxlamanın nəticələri ilə razılaşmayan Tərəfin hesabına təkrar yoxlanılır və sonuncu yoxlamanın nəticəsi hər iki Tərəf üçün qazın keyfiyyətinin yekun və məcburi göstəricisi hesab olunur.
5.4. Qazın keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində təqsirkar tərəf vurulmuş zərərin əvəzini ödəməlidir. Zərər və onun əvəzinin ödənilməsi məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
6. Qazın uçotunun (hesabatının) aparılması qaydası
6.1. Qazın uçotunun (hesabatının) aparılmasında ölçü vahidi olaraq, selsi ilə müsbət 20 temperatur, P = 760 mm c.s. = 0,101325 МPа mütləq təzyiq şəraitində bir kubmetr həcmi tutan qaz həcmi qəbul olunur.
6.2. Qazın uçotunun (hesabatının) aparılmasının başlama vaxtı təqvim ayının ilk günü saat 00:00-dan təyin olunur və gündəlik, ongünlük və aylıq aparılır.
6.3. Nəql edilmiş qazın təzyiqi, temperaturu və həcminin hesablanması qazın qəbulu və çatdırılma məntəqələrində (bundan sonra – qaz ölçü qovşaqlarında) quraşdırılmış, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş, yoxlamadan keçmiş və bu Müqavilənin 1 və 2 nömrəli əlavələrində göstərilən sərfölçən cihazlar və (və ya) sayğaclar vasitəsilə aparılır.
6.4. Qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinin hesablanması (oxunması) Tərəflərin səlahiyyətli nümayəndələrinin birgə iştirakı ilə aparılır. Tərəflərin qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihazları və sayğacları, həmçinin ölçülərə təsir göstərə biləcək vasitələri möhürləmə (plomblama) hüququ vardır və müvafiq olaraq Tərəflərin iştirakı və ya icazəsi olmadan sərfölçən cihazlara və sayğaclara hər hansı bir şəxs tərəfindən müdaxilə olunmasına yol verilmir.
6.5. Sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinin hesablanması (oxunması) zamanı Tərəflər arasında mübahisə yarandıqda, bu hal Tərəflərin nümayəndələrinin iştirakı ilə aktla rəsmiləşdirilir və sərfölçən cihazlar və ya sayğaclar Tərəflərin razılığı ilə təyin edilmiş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən yoxlanılır və verilmiş şəhadətnaməyə (yoxlama nişanına) və ya yararsızlıq bildirişinə əsasən yenidən hesabat aparılır. Yeni hesabat növbəti ayın aylıq hesabatında nəzərə alınır.
6.6. Qaz ölçü qovşaqlarında quraşdırılmış ölçmə vasitələri, o cümlədən sərfölçən cihazlar, sayğaclar, axın qaz xromatoqrafları və s. sıradan çıxdığı hallarda Operator dərhal Qaz satıcısına məlumat verir, mümkün qədər qısa vaxt ərzində yaranmış nasazlığı aradan qaldırır və qaz ölçü qovşaqlarının normal iş rejimini təmin edir.
6.7. Qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihaz və (və ya) sayğac işləmədiyi müddət ərzində təhvil verilən qazın hesabatı əvəzedici (mövcud olduğu halda) sərfölçən cihazların və (və ya) sayğacın göstəricilərinə əsasən aparılır. Əvəzedici sərfölçən cihazlar və (və ya) sayğac olmadıqda Tərəflərin razılığı ilə bu hal
12 (on iki) saatdan az müddətdə baş verdikdə, əvvəlki və ya sonrakı 3 (üç) saatın,
12 (on iki) saatdan artıq davam etdikdə, əvvəlki və ya sonrakı 3 (üç) günün оrta göstəricisi, habelə həmin qaz ölçü qovşağında texnoloji rejim (yaz-yay və payız-qış mövsümü, gecə-gündüz vaxtı və s.) nəzərə alınmaqla müəyyən edilir və aktla rəsmiləşdirilir.
6.8. Тərəflər təqvim ayı ərzində nəql edilmiş qazın sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinə əsasən üzləşdirilməsini hər ongünlük üçün təqvim ayının 11-i, 21-i və növbəti təqvim ayının birinci təqvim günü aparır. Bu tarixlər qeyri-iş gününə təsadüf edərsə üzləşdirilmə növbəti ilk iş günü aparılır. Təqvim ayı ərzində nəql edilmiş qazın ümumi həcmi növbəti təqvim ayının birinci təqvim günü (qeyri-iş gününə təsadüf etməsindən asılı olmayaraq) Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müəyyən edilir və aktla rəsmiləşdirilir.
6.9. Qaz ölçü qovşaqlarında qanunvericiliklə müəyyən edilmiş dövri texniki və metroloji xidmət işlərinin aparılması balans mənsubiyyəti sərhədinə uyğun olaraq hər bir Tərəfin öz vəzifəsidir.
7. Ödənişlərin həyata keçirilməsi şərtləri
7.1. Qazın nəqli xidmətləri üzrə Tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması nəql olunan qaz həcmlərinin qaz ölçü qovşaqlarında ölçülməsi və ölçmə nəticələrinin, habelə nəql olunan qaz həcmlərinin miqdarı haqqında hesablama yolu ilə əldə edilən məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi vasitəsilə həyata keçirilir.
7.2. Qazın nəqli xidmətlərinə görə hesablaşma qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihaz və (və ya) sayğacların göstəricisinə əsasən aparılır.
Sərfölçən cihaz və (və ya) sayğacların işi pozulduqda, qazın nəqli xidmətlərinə görə hesablaşma bu Müqavilənin 6.7-ci bəndinə uyğun aparılır.
7.3. Qazın nəqli xidmətlərinə görə hesablaşmalar Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilmiş nəql olunan qazın hər min kubmetrinə görə _____________ manat (ƏDV ilə) qazın nəqli tarifi üzrə aparılır. Tariflər yenidən tənzimləndikdə yeni tariflər tətbiq olunur.
7.4. Tərəflər hər təqvim ayı faktiki nəql edilmiş qazın ümumi həcmini növbəti təqvim ayının ilk 5 (beş) bank günü ərzində ikitərəfli aktla rəsmiləşdirir. Akta faktiki nəql edilmiş qazın həcmindən əlavə olaraq hesablaşma aparılan təqvim ayı üzrə Tərəflərin itkiləri və texnoloji sərf barədə məlumatlar da daxil edilir.
7.5. Təqvim ayı ərzində faktiki nəql edilmiş qazın miqdarı ilə əlaqədar Tərəflər arasında son sənədləşmə müddəti növbəti ayın 5 (beş) bank günündən gec olmayaraq bu Müqavilənin 7.4-cü bəndində göstərilən akta əsasən Operator tərəfindən tərtib edilmiş hesab-faktura və elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
7.6. Qaz satıcısı qazın nəqli xidmətlərinə görə hesablaşma ilə bağlı Operator tərəfindən təqdim edilmiş sənədlərdə səhvlər aşkar etdiyi halda bu barədə ona məlumat verməlidir. Sənədlərdə qeyri-dəqiq məlumatların olduğu təsdiq edildikdə, Operator ödəniş sənədlərindəki səhvləri aradan qaldırdıqdan sonra yenidən dəyişdirilmiş sənədləri Qaz satıcısına təqdim etməlidir.
7.7. Qazın nəqli xidmətlərinə görə ödənişlər barədə hesab-faktura və elektron qaimə-faktura Qaz satıcısına təqdim edildiyi tarixdən 30 (otuz) gün müddətində qazın nəqli xidmətlərinə görə ödənişin məbləği Operatorun bank hesabına köçürülür.
7.8. Qaz satıcısı qazın nəqli xidmətlərinə görə ödənişin məbləğini bu Müqavilənin 7.7-ci bəndi ilə müəyyən olunan müddətdə, dəbbəni (peniyanı) isə bu Müqavilənin 2.3.2-ci yarımbəndində nəzərdə tutulan qaydada Operatora ödəməlidir.
7.9. Ödəniş müddəti qeyri-iş gününə təsadüf etdikdə, ödənişin icra müddəti növbəti iş günü hesab edilir.
8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
8.2. Tərəflərdən hər biri bu Müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımi şəkildə yerinə yetirməməsi hallarını onun iradəsindən kənar və bu Müqavilə bağlanarkən əsaslı şəkildə qabaqcadan görə bilmədiyi və belə halların baş verməsinin və ya nəticələrinin qarşısının alınmaz olduğu qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verdiyini sübut edərsə, bu Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir. Tərəfin bu Müqavilənin düzgün şəkildə və vaxtında yerinə yetirilməsi üçün lazımi maliyyə vəsaitinin olmaması və ya Tərəfin öz öhdəliklərini pozması qarşısıalınmaz qüvvənin təsiri hesab edilmir.
8.3. Bu Müqavilənin ləğv edilməsi Tərəfləri bu Müqavilə ləğv edilənədək bu Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9. Qarşısıalınmaz qüvvə
9.1. Qarşısıalınmaz qüvvənin təsirinə Operator və Qaz satıcısı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya səhlənkarlığı nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət orqanlarının hüquqi aktları və bu kimi digər hallar aid edilir.
9.2. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən Tərəf, hadisə baş verən vaxtdan ən geci 2 (iki) gün müddətində digər Tərəfi xəbərdar etməlidir.
10. Mübahisələrin həlli
10.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar yolu ilə həll edirlər.
10.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən həll edilir.
11. Məxfilik
11.1. Tərəflər üçüncü şəxslər tərəfindən verilən məlumatların məxfiliyini “Fərdi məlumatlar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin etməyə zəmanət verir.
11.2. Tərəflər bu Müqavilə üzrə əldə etdiyi məlumatların məxfi saxlanılmasına təminat verirlər.
12. Yekun müddəalar
12.1. Bu Müqavilə Operator və Qaz satıcısı arasında bağlanıldığı (imzalandığı) tarixdən qüvvəyə minir və ______________20__ dək qüvvədədir.
12.2. Tərəflər bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur.
12.3. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilir və imzalandıqdan sonra bir nüsxə Operatorda, digər nüsxəsi isə Qaz satıcısında saxlanılır.
13. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri
|
Operator Hüquqi ünvanı ___________________ VÖEN-i_________________________ Bank rekvizitləri___________________ Səlahiyyətli şəxs_________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________ M.Y. |
Qaz satıcısı Hüquqi ünvanı ___________________ VÖEN-i_________________________ Bank rekvizitləri ___________________ Səlahiyyətli şəxs__________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________ M.Y. |
|
|
|
|
|
Qazın nəqli xidmətlərinin göstərilməsi üçün qaz nəqli sistem operatoru ilə qaz satıcısı (topdan satıcı və (və ya) pərakəndə satıcı) arasında bağlanılan
“______”____________20___ il tarixli _____________nömrəli Müqaviləyə 1 nömrəli əlavə
Qazın qəbulu məntəqələri haqqında
MƏLUMAT
|
Sıra №-si |
Qazın qəbulu məntəqələri |
Sərfölçən cihazlar və (və ya) sayğaclar |
Qazın texnoloji izafi təzyiqi (bar) |
Tələb olunan illik qaz həcmi (min m3) |
|||||
|
qaz ölçü qovşağının adı |
yerləşdiyi ərazi (qazpaylayıcı stansiya, qaz tənzimləyici məntəqə, qaz kəməri və s.) |
tipi, markası |
zavod nömrəsi |
aşağı həddi |
yuxarı həddi |
aşağı həddi |
yuxarı həddi |
||
|
1. |
|
|
|
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
Operator Qaz satıcısı
Səlahiyyətli şəxs:_________________ Səlahiyyətli şəxs:_________________
(vəzifəsi, adı, soyadı və atasının adı) (vəzifəsi, adı, soyadı və atasının adı)
İmza _________ İmza _________
M.Y. M.Y.
Qazın nəqli xidmətlərinin göstərilməsi üçün qaz nəqli sistem operatoru ilə qaz satıcısı (topdan satıcı və (və ya) pərakəndə satıcı) arasında bağlanılan
“______”____________20___ il tarixli _____________nömrəli Müqaviləyə 2 nömrəli əlavə
Qazın çatdırılması məntəqələri haqqında
MƏLUMAT
|
Sıra №-si |
Qazın çatdırılması məntəqələri |
Sərfölçən cihazlar və (və ya) sayğaclar |
Qazın texnoloji izafi təzyiqi (bar) |
Tələb olunan illik qaz həcmi (min m3) |
|||||
|
sərfölçmə qovşağının və (və ya) istehlakçının adı |
yerləşdiyi ərazi və (və ya) ünvanı (qazpaylayıcı stansiya, qaz tənzimləyici məntəqə, qaz kəməri və s.) |
tipi, markası |
zavod nömrəsi |
aşağı həddi |
yuxarı həddi |
aşağı həddi |
yuxarı həddi |
||
|
1. |
|
|
|
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
Operator Qaz satıcısı
Səlahiyyətli şəxs:_________________ Səlahiyyətli şəxs:_________________
(vəzifəsi, adı, soyadı və atasının adı) (vəzifəsi, adı, soyadı və atasının adı)
İmza _________ İmza _________
M.Y. M.Y.
“Qazdan istifadə Qaydaları”na
2 nömrəli əlavə
Qazın paylanması xidmətlərinin göstərilməsi üçün qazpaylayıcı sistem operatoru ilə qaz satıcısı (topdan satıcı və (və ya) pərakəndə satıcı) arasında bağlanılan
MÜQAVİLƏ
№ ___
____________________ “___” ________ 20___ il
(müqavilənin bağlanıldığı yer)
Bu Müqavilə bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (________________) olan nizamnaməsi və “Qaz təchizatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq verilən qazın paylanmasına icazə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra Operator adlanacaq (subyektin adı) və digər tərəfdən, Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra Qaz satıcısı adlanacaq
(subyektin adı) arasında (bundan sonra – ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər”) bağlanılır.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə mülki qanunvericiliyin, “Qaz təchizatı haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – Qanun), “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) və qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq, Qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsi bağlayan istehlakçıların qaz təchizatının həyata keçirilməsi məqsədilə qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanması xidmətlərinin göstərilməsinə dair Operatorla Qaz satıcısı arasında yaranan münasibətləri tənzimləyir.
1.2. Bu Müqaviləyə əsasən, Operator qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanması xidmətlərini göstərməyi, Qaz satıcısı isə Qanunla və Qaydalarla müəyyən olunmuş tələblərə riayət etməklə, müəyyən olunmuş tariflərə uyğun olaraq göstərilən qazın paylanması xidmətinə görə ödənişi həyata keçirməyi öz öhdəsinə götürür.
2. Tərəflərin vəzifələri və hüquqları
2.1. Operatorun vəzifələri aşağıdakılardır:
2.1.1. bu Müqaviləyə uyğun olaraq qazın paylanması xidmətini göstərmək;
2.1.2. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə, habelə sabit tarif haqqında Qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsi bağlayan istehlakçılara (bundan sonra – istehlakçılar) bildiriş, habelə Qaz satıcısının adından hesab (Qaz satıcısının adından hesabın təqdim edilməsinə dair Tərəflərin razılığı olduqda bununla bağlı bu Müqavilədə müvafiq qeyd aparılır) təqdim etmək;
2.1.3. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Qaz satıcısına dəyən zərərin əvəzini ödəmək;
2.1.4. qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
2.1.5. Qaydaların 8.1.2-ci və 8.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
2.1.6. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə Qaydaların 4.12-ci bəndinin tələblərinə uyğun olaraq);
2.1.7. paylanılan qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
2.1.8. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək;
2.1.9. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almaq və nəticələrini aradan qaldırmaq.
2.2. Operatorun hüquqları aşağıdakılardır:
2.2.1. bu Müqaviləyə uyğun olaraq Qaz satıcısından qazın paylanması xidmətinə görə ödənişi həyata keçirməyi tələb etmək;
2.2.2. hesabat dövründən sonrakı ayın 5-ci iş günündən gec olmayaraq, Qaz satıcısına qazın paylanması xidmətlərinin həcmi haqqında məlumat təqdim etmək;
2.2.3. hesabat dövründən sonrakı ayın 5-ci iş günündən gec olmayaraq, Qaz satıcısına qazın paylanması xidmətləri üçün hesabı təqdim etmək;
2.2.4. istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulmuş tikinti obyektlərinə Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq. 2.3. Qaz satıcısının vəzifələri aşağıdakılardır:
2.3.1. göstərilən qazın paylanması xidmətləri üçün Operatorun təqdim etdiyi hesaba uyğun olaraq ödəniş etmək;
2.3.2. hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, təqdim edilmiş qazın paylanması xidmətlərinə görə hesab üzrə ödənişi bu Müqavilənin 7.7-ci bəndində müəyyən edilmiş müddət ərzində Operatorun hesabına köçürmədikdə, gecikdirilmiş hər bir gün üçün tam ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) ödəmək;
2.3.3. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək;
2.3.4. Qaydaların 9.2.4-cü yarımbəndində göstərilən hesabatları və məlumatları Operatora təqdim etmək.
2.4. Qaz satıcısının hüquqları aşağıdakılardır:
2.4.1. Qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsi bağlayan istehlakçıların qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmasını Operatordan tələb etmək;
2.4.2. bu Müqaviləyə uyğun olaraq qazın paylanması xidmətinin göstərilməsini tələb etmək;
2.4.3. müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
2.4.4. istehlak olunan qazın dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə həmin istehlakçıya qazın verilməsinin dayandırılmasını Operatordan tələb etmək.
3. Qazın paylanması xidmətlərinin göstərilməsinin şərtləri
3.1. Operator tərəfindən göstərilən qazın paylanması xidmətlərinə görə ödənişlər Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilmiş qazın paylanması tariflərinə əsasən həyata keçirilir.
3.2. Qazın paylanması tariflərində edilən dəyişikliklər Tərəflər üçün məcburi hesab olunur. Operator qazın paylanması tariflərində dəyişiklikləri rəsmi internet saytında yerləşdirir.
3.3. Operator bu Müqavilədə müəyyən edilmiş keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun olaraq bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən qazın qəbulu məntəqələrində Qaz satıcısının tərəf olduğu qazın alqı-satqı müqavilələri üzrə qazı onun adından təhvil alır və bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən çatdırılma məntəqələrinə paylanmasını, habelə Qaz satıcısının tərəf olduğu qazın alqısatqı müqavilələri üzrə istehlakçılara çatdırılmasını təmin edir.
3.4. Qaz satıcısı Operatora bu Müqavilə üzrə Operator tərəfindən öhdəliklərinin yerinə yetirməsi üçün istehlakçılarla bağlanılmış qazın alqı-satqı müqavilələrinin surətlərini və Qaydaların 9.2.4-cü yarımbəndində göstərilən hesabat və məlumatları təqdim edir.
4. Paylanılan qazın həcmləri, təzyiqi və itkiləri
4.1. Bu Müqavilə üzrə qazın paylanma xidmətlərinin illik həcminin müəyyən edilməsi məqsədilə qəbul və çatdırılma məntəqələrində təhvil-qəbul olunacaq qaz həcmləri Tərəflər arasında razılaşdırılmış proqnoz göstəricilərinə əsasən ____________ kubmetr həcmində müəyyən edilir.
4.2. Qəbul və çatdırılma məntəqələrində Tərəflər arasında müəyyən edilmiş qazın təhvil-qəbulu həcmləri proqnoza münasibətdə dəyişərsə (artar və ya azalarsa), dəyişilmiş həcmlər faktiki vəziyyət üzrə qəbul edilir.
4.3. Bu Müqavilə üzrə Tərəflər arasında qəbul və çatdırılma məntəqələrində təhvil-qəbul olunacaq qazın texnoloji təzyiqləri bu Müqavilənin 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilir.
4.4. Qazın gündəlik həcmləri və təzyiqləri ilə bağlı məsələlər Operatorla Qaz satıcısı arasında tənzimlənir. Qazın uçotunun düzgün aparılmasına Operator cavabdehdir.
4.5. Bu Müqavilə üzrə qazın paylanması prosesində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na uyğun olaraq müəyyən edilmiş itkilərdən və texnoloji sərf normalarından artıq olmayan faktiki itkilər və texnoloji sərf həcmləri Qaz satıcısının qazının hesabına ödənilir və Operator bu cür itkilərə və texnoloji sərfə dair Qaz satıcısı qarşısında heç bir ödəniş etmir və məsuliyyət daşımır.
4.6. Operator qazın paylanması prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na uyğun olaraq müəyyən edilmiş itkilərdən və texnoloji sərf normalarından artıq olan faktiki itkilərə və texnoloji sərfə görə Qaz satıcısı qarşısında məsuliyyət daşıyır və Qaz satıcısına vurulmuş zərərin əvəzini ödəyir.
5. Paylanılan qazın keyfiyyət göstəriciləri
5.1. Bu Müqavilənin şərtlərinə uyğun olaraq, qəbul məntəqələrindən paylanmaya qəbul edilən və çatdırılma məntəqələrinə çatdırılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir. Həmin tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
5.2. Paylanılan qazın keyfiyyət göstəriciləri Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Operatorun vəsaiti hesabına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən 10 (on) təqvim günündən bir yoxlanılır və təyin edilmiş yeni parametrlər elektron qaz ölçü cihazlarının və (və ya) sayğacların yaddaşına daxil edilir.
5.3. Qazın keyfiyyət göstəriciləri barədə Tərəflər arasında mübahisə yarandıqda, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qazın nümunəsi növbədənkənar götürülür, bu Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq əvvəlki yoxlamanın nəticələri ilə razılaşmayan Tərəfin hesabına təkrar yoxlanılır və sonuncu yoxlamanın nəticəsi hər iki Tərəf üçün qazın keyfiyyətinin yekun və məcburi göstəricisi hesab olunur.
5.4. Qazın keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində təqsirkar tərəf vurulmuş zərərin əvəzini ödəməlidir. Zərər və onun əvəzinin ödənilməsi məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
6. Qazın uçotunun (hesabatının) aparılması qaydası
6.1. Qazın uçotunun (hesabatının) aparılmasında ölçü vahidi olaraq, selsi ilə müsbət 20° temperatur, P = 760 mm c.s. = 0,101325 МPа mütləq təzyiq şəraitində bir kubmetr həcmi tutan qaz həcmi qəbul olunur.
6.2. Qazın uçotunun (hesabatının) aparılmasının başlama vaxtı təqvim ayının ilk günü saat 00:00-dan təyin olunur və gündəlik, ongünlük və aylıq aparılır.
6.3. Paylanılmış qazın təzyiqi, temperaturu və həcminin hesablanması qazın qəbulu və çatdırılma məntəqələrində (bundan sonra – qaz ölçü qovşaqlarında) quraşdırılmış, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş, yoxlamadan keçmiş və bu Müqavilənin 1 və 2 nömrəli əlavələrində göstərilən sərfölçən cihazlar və (və ya) sayğaclar vasitəsilə aparılır.
6.4. Qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinin hesablanması (oxunması) Tərəflərin səlahiyyətli nümayəndələrinin birgə iştirakı ilə aparılır. Tərəflərin qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihazları və sayğacları, həmçinin ölçülərə təsir göstərə biləcək vasitələri möhürləmə (plomblama) hüququ vardır və müvafiq olaraq Tərəflərin iştirakı və ya icazəsi olmadan sərfölçən cihazlara və sayğaclara hər hansı bir şəxs tərəfindən müdaxilə olunmasına yol verilmir.
6.5. Sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinin hesablanması
(oxunması) zamanı Tərəflər arasında mübahisə yarandıqda, bu hal Tərəflərin nümayəndələrinin iştirakı ilə aktla rəsmiləşdirilir və sərfölçən cihazlar və ya sayğaclar Tərəflərin razılığı ilə təyin edilmiş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən yoxlanılır və verilmiş şəhadətnaməyə (yoxlama nişanına) və ya yararsızlıq bildirişinə əsasən yenidən hesabat aparılır. Yeni hesabat növbəti ayın aylıq hesabatında nəzərə alınır.
6.6. Qaz ölçü qovşaqlarında quraşdırılmış ölçmə vasitələri, o cümlədən sərfölçən cihazlar, sayğaclar, axın qaz xromatoqrafları və s. sıradan çıxdığı hallarda Operator dərhal Qaz satıcısına məlumat verir, mümkün qədər qısa vaxt ərzində yaranmış nasazlığı aradan qaldırır və qaz ölçü qovşaqlarının normal iş rejimini təmin edir.
6.7. Qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihaz və (və ya) sayğac işləmədiyi müddət ərzində təhvil verilən qazın hesabatı əvəzedici (mövcud olduğu halda) sərfölçən cihazların və (və ya) sayğacın göstəricilərinə əsasən aparılır. Əvəzedici sərfölçən cihazlar və (və ya) sayğac olmadıqda Tərəflərin razılığı ilə bu hal
12 (on iki) saatdan az müddətdə baş verdikdə, əvvəlki və ya sonrakı 3 (üç) saatın,
12 (on iki) saatdan artıq davam etdikdə əvvəlki və ya sonrakı 3 (üç) günün оrta göstəricisi, habelə həmin qaz ölçü qovşağında texnoloji rejim (yaz-yay və payız-qış mövsümü, gecə-gündüz vaxtı və s.) nəzərə alınmaqla müəyyən edilir və aktla rəsmiləşdirilir.
6.8. Тərəflər təqvim ayı ərzində paylanılmış qazın sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinə əsasən üzləşdirilməsini hər ongünlük üçün təqvim ayının 11-i, 21-i və növbəti təqvim ayının birinci təqvim günü aparır. Bu tarixlər qeyri-iş gününə təsadüf edərsə, üzləşdirilmə növbəti ilk iş günü aparılır. Təqvim ayı ərzində paylanılmış qazın ümumi həcmi növbəti təqvim ayının birinci təqvim günü (qeyri-iş gününə təsadüf etməsindən asılı olmayaraq) Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müəyyən edilir və aktla rəsmiləşdirilir.
6.9. Qaz ölçü qovşaqlarında qanunvericiliklə müəyyən edilmiş dövri texniki və metroloji xidmət işlərinin aparılması balans mənsubiyyəti sərhədinə uyğun olaraq hər bir Tərəfin öz vəzifəsidir.
7. Ödənişlərin həyata keçirilməsi şərtləri
7.1. Qazın paylanması xidmətləri üzrə Tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması paylanılan qaz həcmlərinin qaz ölçü qovşaqlarında ölçülməsi və ölçmə nəticələrinin, habelə paylanılan qaz həcmlərinin miqdarı haqqında hesablama yolu ilə əldə edilən məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi vasitəsilə həyata keçirilir.
7.2. Qazın paylanması xidmətlərinə görə hesablaşma qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihaz və (və ya) sayğacların göstəricisinə əsasən aparılır. Sərfölçən cihazın və (və ya) sayğacların işi pozulduqda qazın paylanması xidmətlərinə görə hesablaşma bu Müqavilənin 6.7-ci bəndinə uyğun aparılır.
7.3. Qazın paylanması xidmətlərinə görə hesablaşmalar Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilmiş paylanılan qazın hər min kubmetrinə görə
_____________ manat (ƏDV ilə) qazın paylanması tarifləri üzrə aparılır. Tariflər yenidən tənzimləndikdə yeni tariflər tətbiq olunur.
7.4. Tərəflər hər təqvim ayı faktiki paylanılmış qazın ümumi həcmini növbəti təqvim ayının ilk 5 (beş) bank günü ərzində ikitərəfli aktla rəsmiləşdirir. Akta faktiki paylanılmış qazın həcmindən əlavə olaraq hesablaşma aparılan təqvim ayı üzrə Tərəflərin itkiləri və texnoloji sərf barədə məlumatlar da daxil edilir.
7.5. Təqvim ayı ərzində faktiki paylanılmış qazın miqdarı ilə əlaqədar Tərəflər arasında son sənədləşmə müddəti növbəti ayın 5 (beş) bank günündən gec olmayaraq bu Müqavilənin 7.4-cü bəndində göstərilən akta əsasən Operator tərəfindən tərtib edilmiş hesab-faktura və elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
7.6. Qaz satıcısı qazın paylanması xidmətlərinə görə hesablaşma ilə bağlı Operator tərəfindən təqdim edilmiş sənədlərdə səhvlər aşkar etdiyi halda bu barədə ona məlumat verməlidir. Sənədlərdə qeyri-dəqiq məlumatların olduğu təsdiq edildikdə
Operator ödəniş sənədlərindəki səhvləri aradan qaldırdıqdan sonra yenidən dəyişdirilmiş sənədləri Qaz satıcısına təqdim etməlidir.
7.7. Qazın paylanması xidmətlərinə görə ödənişlər barədə hesab-faktura və elektron qaimə-faktura Qaz satıcısına təqdim edildiyi tarixdən 30 (otuz) gün müddətində qazın paylanması xidmətlərinə görə ödənişin məbləği Operatorun bank hesabına köçürülür.
7.8. Qaz satıcısı qazın paylanması xidmətlərinə görə ödənişin məbləğini bu Müqavilənin 7.7-ci bəndi ilə müəyyən olunan müddətdə, dəbbəni (peniyanı) isə bu Müqavilənin 2.3.2-ci yarımbəndində nəzərdə tutulan qaydada Operatora ödəməlidir.
7.9. Ödəniş müddəti qeyri-iş gününə təsadüf etdikdə, ödənişin icra müddəti növbəti iş günü hesab edilir.
8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
8.2. Tərəflərdən hər biri bu Müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımi şəkildə yerinə yetirməməsi hallarını onun iradəsindən kənar və bu Müqavilə bağlanarkən əsaslı şəkildə qabaqcadan görə bilmədiyi və belə halların baş verməsinin və ya nəticələrinin qarşısının alınmaz olduğu qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verdiyini sübut edərsə, bu Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir. Tərəfin bu Müqavilənin düzgün şəkildə və vaxtında yerinə yetirilməsi üçün lazımi maliyyə vəsaitinin olmaması və ya Tərəfin öz öhdəliklərini pozması qarşısıalınmaz qüvvənin təsiri hesab edilmir.
8.3. Bu Müqavilənin ləğv edilməsi Tərəfləri bu Müqavilə ləğv edilənədək bu Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9. Qarşısıalınmaz qüvvə
9.1. Qarşısıalınmaz qüvvənin təsirinə Operator və Qaz satıcısı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya səhlənkarlığı nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət orqanlarının hüquqi aktları və bu kimi digər hallar aid edilir.
9.2. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən Tərəf hadisə baş verən vaxtdan ən geci 2 (iki) gün müddətində digər Tərəfi xəbərdar etməlidir.
10. Mübahisələrin həlli
10.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar yolu ilə həll edirlər.
10.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən həll edilir.
11. Məxfilik
11.1. Tərəflər üçüncü şəxslər tərəfindən verilən məlumatların məxfiliyini “Fərdi məlumatlar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin etməyə zəmanət verirlər.
11.2. Tərəflər bu Müqavilə üzrə əldə etdiyi məlumatların məxfi saxlanılmasına təminat verirlər.
12. Yekun müddəalar
12.1. Bu Müqavilə Operator və Qaz satıcısı arasında bağlanıldığı (imzalandığı) tarixdən qüvvəyə minir və ______________20__ dək qüvvədədir.
12.2. Tərəflər bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti hər növbəti dəfə bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu hallarda yeni müqavilənin bağlanılması tələb olunmur.
12.3. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilir və imzalandıqdan sonra bir nüsxə Operatorda, digər nüsxəsi isə Qaz satıcısında saxlanılır.
13. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri
|
Operator Hüquqi ünvanı ___________________ VÖEN-i_________________________ Bank rekvizitləri___________________ Səlahiyyətli şəxs_________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________ M.Y. |
Qaz satıcısı Hüquqi ünvanı ___________________ VÖEN-i_________________________ Bank rekvizitləri ___________________ Səlahiyyətli şəxs__________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________ M.Y. |
Qazın paylanması xidmətlərinin göstərilməsi üçün qazpaylayıcı sistem operatoru ilə qaz satıcısı (topdan satıcı və (və ya) pərakəndə satıcı) arasında bağlanılan
“______”____________20___ il tarixli _____________nömrəli Müqaviləyə 1 nömrəli əlavə
Qazın qəbulu məntəqələri haqqında
MƏLUMAT
|
Sıra №-si |
Qazın qəbulu məntəqələri |
Sərfölçən cihazlar və (və ya) sayğaclar |
Qazın texnoloji izafi təzyiqi (bar) |
Tələb olunan illik qaz həcmi (min m3) |
|||||
|
qaz ölçü qovşağının adı |
yerləşdiyi ərazi (qazpaylayıcı stansiya, qaz tənzimləyici məntəqə, qaz kəməri və s.) |
tipi, markası |
zavod nömrəsi |
aşağı həddi |
yuxarı həddi |
aşağı həddi |
yuxarı həddi |
||
|
1. |
|
|
|
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
Operator Qaz satıcısı
Səlahiyyətli şəxs:_________________ Səlahiyyətli şəxs:_________________
(vəzifəsi, adı, soyadı və atasının adı) (vəzifəsi, adı, soyadı və atasının adı)
İmza _________ İmza _________
M.Y. M.Y.
Qazın paylanması xidmətlərinin göstərilməsi üçün qazpaylayıcı sistem operatoru ilə qaz satıcısı (topdan satıcı və (və ya) pərakəndə satıcı) arasında bağlanılan
“______”____________20___ il tarixli _____________nömrəli Müqaviləyə
2 nömrəli əlavə
Qazın çatdırılması məntəqələri haqqında
MƏLUMAT
Operator Qaz satıcısı
Səlahiyyətli şəxs_________________ Səlahiyyətli şəxs_________________
(vəzifəsi, adı, soyadı və atasının adı) (vəzifəsi, adı, soyadı və atasının adı)
İmza_________ İmza _________
M.Y. M.Y.
“Qazdan istifadə Qaydaları”na
3 nömrəli əlavə
Qazın saxlanması xidmətlərinin göstərilməsi üçün qazın saxlanması sistem operatoru ilə sifarişçi arasında bağlanılan
MÜQAVİLƏ
№ ___
___________________ “___” ________ 20___ il
(müqavilənin bağlanıldığı yer)
Bu Müqavilə bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (________________) olan nizamnaməsi və “Qaz təchizatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq verilən qazın saxlanmasına icazə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra Operator adlanacaq (subyektin adı) və digər tərəfdən, Azərbaycan
Respublikasının qanunvericiliyə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra “Sifarişçi” adlanacaq (subyektin adı) arasında (bundan sonra – ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər”) bağlanılır.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə mülki qanunvericiliyin, “Qaz təchizatı haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – Qanun), “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) və qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq, qazın saxlanması xidmətlərinin göstərilməsinə dair Operatorla Sifarişçi arasında yaranan münasibətləri tənzimləyir.
1.2. Bu Müqaviləyə əsasən, Operator yeraltı qaz anbarlarında qazın saxlanması xidmətlərini göstərməyi, Sifarişçi isə Qanunla və Qaydalarla müəyyən olunmuş tələblərə riayət etməklə qazın saxlanması xidmətlərinin tariflərinə uyğun olaraq göstərilən qazın saxlanması xidmətinə görə ödənişi həyata keçirməyi öz öhdəsinə götürür.
2. Tərəflərin vəzifələri və hüquqları
2.1. Operatorun vəzifələri aşağıdakılardır:
2.1.1. bu Müqaviləyə uyğun olaraq qazın saxlanması xidmətini göstərmək;
2.1.2. yeraltı qaz anbarlarının işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək;
2.1.3. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Sifarişçiyə dəyən zərərin əvəzini ödəmək;
2.1.4. saxladığı qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
2.1.5. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək.
2.2. Operatorun hüquqları aşağıdakılardır:
2.2.1. bu Müqaviləyə uyğun olaraq Sifarişçidən qazın saxlanması xidmətinə görə ödənişi həyata keçirməyi tələb etmək;
2.2.2. hesabat dövründən sonrakı ayın 5-ci iş günündən gec olmayaraq, Sifarişçiyə qazın saxlanması xidmətlərinin həcmi haqqında məlumat təqdim etmək;
2.2.3. hesabat dövründən sonrakı ayın 5-ci iş günündən gec olmayaraq,
Sifarişçiyə qazın saxlanması xidmətləri üçün hesabı təqdim etmək;
2.2.4. Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın saxlanması sistemindən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq.
2.3. Sifarişçinin vəzifələri aşağıdakılardır:
2.3.1. göstərilən qazın saxlanması xidmətləri üçün Operatorun təqdim etdiyi hesaba uyğun olaraq ödəniş etmək;
2.3.2. hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, təqdim edilmiş qazın saxlanması xidmətlərinə görə hesab üzrə ödənişi bu Müqavilənin 7.7-ci bəndində müəyyən edilmiş müddət ərzində Operatorun hesabına köçürmədikdə, gecikdirilmiş hər bir gün üçün tam ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) ödəmək;
2.3.3. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək.
2.4. Sifarişçinin hüquqları aşağıdakılardır:
2.4.1. saxlanılan qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğununun təmin olunmasını Operatordan tələb etmək;
2.4.2. bu Müqaviləyə uyğun olaraq qazın saxlanması xidmətinin göstərilməsini tələb etmək;
2.4.3. müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək.
3. Qazın saxlanması xidmətlərinin göstərilməsinin şərtləri
3.1. Operator tərəfindən göstərilən qazın saxlanması xidmətlərinə görə ödənişlər Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilmiş qazın saxlanması tariflərinə əsasən həyata keçirilir.
3.2. Qazın saxlanması tariflərində edilən dəyişikliklər Tərəflər üçün məcburi hesab olunur. Operator qazın saxlanması tariflərində dəyişiklikləri rəsmi internet saytında yerləşdirir.
3.3. Operator bu Müqavilədə müəyyən edilmiş qazın keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun olaraq bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən qazın qəbulu məntəqələrində Sifarişçinin adından qazı qəbul edir, onun saxlanılmasını və sonradan bu Müqavilənin 2 nömrəli əlavəsində göstərilən çatdırılma məntəqələrində Sifarişçiyə təhvil verilməsini təmin edir.
3.4. Sifarişçi Operatora bu Müqavilə üzrə Operator tərəfindən öhdəliklərinin yerinə yetirməsi üçün zəruri olan hesabat və məlumatları təqdim edir.
4. Saxlanılan qazın həcmləri, təzyiqləri və itkiləri
4.1. Bu Müqavilə üzrə qazın saxlanması xidmətlərinin illik həcminin müəyyən edilməsi məqsədilə qəbul və çatdırılma məntəqələrində təhvil-qəbul olunacaq qaz həcmləri Tərəflər arasında razılaşdırılmış proqnoz göstəricilərinə əsasən ____________ kubmetr həcmində müəyyən edilir.
4.2. Qəbul və çatdırılma məntəqələrində Tərəflər arasında müəyyən edilmiş qazın təhvil-qəbulu həcmləri proqnoza münasibətdə dəyişərsə (artar və ya azalarsa), dəyişilmiş həcmlər faktiki vəziyyət üzrə qəbul edilir.
4.3. Bu Müqavilə üzrə Tərəflər arasında qəbul və çatdırılma məntəqələrində qazvurma dövründə texnoloji proseslər zamanı qazın texnoloji təzyiqləri bu Müqavilənin 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilir.
4.4. Qazın gündəlik həcmləri və təzyiqləri ilə bağlı məsələlər Operatorla Sifarişçi arasında tənzimlənir. Qazın uçotunun düzgün aparılmasına Operator cavabdehdir.
4.5. Bu Müqavilə üzrə qazın saxlanması prosesində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na uyğun olaraq müəyyən edilmiş itkilərdən və texnoloji sərf normalarından artıq olmayan faktiki itkilər və texnoloji sərf həcmləri Sifarişçinin qazının hesabına ödənilir və Operator bu cür itkilərə və texnoloji sərfə dair Sifarişçi qarşısında heç bir ödəniş etmir və məsuliyyət daşımır.
4.6. Operator qazın saxlanması prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na uyğun olaraq müəyyən edilmiş itkilərdən və texnoloji sərf normalarından artıq olan faktiki itkilərə və texnoloji sərfə görə Sifarişçi qarşısında məsuliyyət daşıyır və Sifarişçiyə vurulmuş zərərin əvəzini ödəyir.
5. Saxlanılan qazın keyfiyyət göstəriciləri
5.1. Bu Müqavilənin şərtlərinə uyğun olaraq, qəbul məntəqələrindən saxlanmaya qəbul edilən və çatdırılma məntəqələrində təhvil verilən qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir. Həmin tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
5.2. Saxlanılan qazın keyfiyyət göstəriciləri Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Operatorun vəsaiti hesabına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən 10 (on) təqvim günündən bir yoxlanılır və təyin edilmiş yeni parametrlər elektron qaz ölçü cihazlarının və (və ya) sayğacların yaddaşına daxil edilir.
5.3. Qazın keyfiyyət göstəriciləri barədə Tərəflər arasında mübahisə yarandıqda, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qazın nümunəsi növbədənkənar götürülür, bu Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq əvvəlki yoxlamanın nəticələri ilə razılaşmayan Tərəfin hesabına təkrar yoxlanılır və sonuncu yoxlamanın nəticəsi hər iki Tərəf üçün qazın keyfiyyətinin yekun və məcburi göstəricisi hesab olunur.
5.4. Qazın keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində təqsirkar tərəf vurulmuş zərərin əvəzini ödəməlidir. Zərər və onun əvəzinin ödənilməsi məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
6. Qazın uçotunun (hesabatının) aparılması qaydası
6.1. Qazın uçotunun (hesabatının) aparılmasında ölçü vahidi olaraq selsi ilə müsbət 20° temperatur, P = 760 mm c.s. = 0,101325 МPа mütləq təzyiq şəraitində bir kubmetr həcmi tutan qaz miqdarı qəbul olunur.
6.2. Saxlanmaya qəbul edilən və sonradan təhvil verilən qazın həcminin hesablanması qazın qəbulu və çatdırılma məntəqələrində (bundan sonra – qaz ölçü qovşaqlarında) quraşdırılmış, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş, yoxlamadan keçmiş və bu Müqavilənin 1 və 2 nömrəli əlavələrində göstərilən sərfölçən cihazlar və (və ya) sayğaclar vasitəsilə aparılır.
6.3. Qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinin hesablanması (oxunması) Tərəflərin səlahiyyətli nümayəndələrinin birgə iştirakı ilə aparılır. Tərəflərin qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihazları və sayğacları, həmçinin ölçülərə təsir göstərə biləcək vasitələri möhürləmə (plomblama) hüququ vardır və müvafiq olaraq Tərəflərin iştirakı və ya icazəsi olmadan sərfölçən cihazlara və sayğaclara hər hansı bir şəxs tərəfindən müdaxilə olunmasına yol verilmir.
6.4. Sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinin hesablanması (oxunması) zamanı Tərəflər arasında mübahisə yarandıqda, bu hal Tərəflərin nümayəndələrinin iştirakı ilə aktla rəsmiləşdirilir və sərfölçən cihazlar və ya sayğaclar Tərəflərin razılığı ilə təyin edilmiş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən yoxlanılır və verilmiş şəhadətnaməyə (yoxlama nişanına) və ya yararsızlıq bildirişinə əsasən yenidən hesabat aparılır. Yeni hesabat növbəti ayın aylıq hesabatında nəzərə alınır.
6.5. Qaz ölçü qovşaqlarında quraşdırılmış ölçmə vasitələri, o cümlədən sərfölçən cihazlar, sayğaclar, axın qaz xromatoqrafları və s. sıradan çıxdığı hallarda Operator dərhal Sifarişçiyə məlumat verir, mümkün qədər qısa vaxt ərzində yaranmış nasazlığı aradan qaldırır və qaz ölçü qovşaqlarının normal iş rejimini təmin edir.
6.6. Qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihaz və (və ya) sayğac işləmədiyi müddət ərzində təhvil verilən qazın hesabatı əvəzedici (mövcud olduğu halda) sərfölçən cihazların və (və ya) sayğacın göstəricilərinə əsasən aparılır. Əvəzedici sərfölçən cihazlar və (və ya) sayğac olmadıqda, Tərəflərin razılığı ilə bu hal
12 (on iki) saatdan az müddətdə baş verdikdə, əvvəlki və ya sonrakı 3 (üç) saatın,
12 (on iki) saatdan artıq davam etdikdə, əvvəlki və ya sonrakı 3 (üç) günün оrta göstəricisi, habelə həmin qaz ölçü qovşağında texnoloji rejim (yaz-yay və payız-qış mövsümü, gecə-gündüz vaxtı və s.) nəzərə alınmaqla müəyyən edilir və aktla rəsmiləşdirilir.
6.7. Тərəflər təqvim ayı ərzində saxlanılan qazın sərfölçən cihazın və (və ya) sayğacın göstəricilərinə əsasən üzləşdirilməsini hər ongünlük üçün təqvim ayının 11-i, 21-i və növbəti təqvim ayının birinci təqvim günü aparır. Bu tarixlər qeyri-iş gününə təsadüf edərsə üzləşdirilmə növbəti ilk iş günü aparılır. Təqvim ayı ərzində saxlanılan qazın ümumi həcmi növbəti təqvim ayının birinci təqvim günü (qeyri-iş gününə təsadüf etməsindən asılı olmayaraq) Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müəyyən edilir və aktla rəsmiləşdirilir.
6.8. Qaz ölçü qovşaqlarında qanunvericiliklə müəyyən edilmiş dövri texniki və metroloji xidmət işlərinin aparılması balans mənsubiyyəti sərhədinə uyğun olaraq hər bir Tərəfin öz vəzifəsidir.
7. Ödənişlərin həyata keçirilməsi şərtləri
7.1. Qazın saxlanması xidmətləri üzrə Tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması saxlanılan qaz həcmlərinin qaz ölçü qovşaqlarında ölçülməsi və ölçmə nəticələrinin, habelə saxlanılan qaz həcmlərinin miqdarı haqqında hesablama yolu ilə məlumatların toplanılması, saxlanması, emalı və ötürülməsi vasitəsilə həyata keçirilir.
7.2. Qazın saxlanması xidmətlərinə görə hesablaşma qaz ölçü qovşaqlarında quraşdırılmış sərfölçən cihaz və (və ya) sayğacların göstəricisinə əsasən aparılır. Sərfölçən cihaz və (və ya) sayğacların işi pozulduqda qazın saxlanması xidmətlərinə görə hesablaşma bu Müqavilənin 6.6-cı bəndinə uyğun aparılır.
7.3. Qazın saxlanması xidmətlərinə görə hesablaşmalar Qaydaların 10-cu hissəsinə uyğun olaraq müəyyən edilmiş saxlanılan qazın hər min kubmetrinə görə
_____________ manat (ƏDV ilə) qazın saxlanması tarifləri üzrə aparılır. Tariflər yenidən tənzimləndikdə yeni tariflər tətbiq olunur.
7.4. Tərəflər hər təqvim ayı faktiki saxlanılan qazın ümumi həcmini növbəti təqvim ayının ilk 5 (beş) bank günü ərzində ikitərəfli aktla rəsmiləşdirir. Akta faktiki saxlanılan qazın həcmindən əlavə olaraq hesablaşma aparılan təqvim ayı üzrə Tərəflərin itkiləri və texnoloji sərf barədə məlumatlar da daxil edilir.
7.5. Təqvim ayı ərzində faktiki saxlanılan qazın miqdarı ilə əlaqədar Tərəflər arasında son sənədləşmə müddəti növbəti ayın 5 (beş) bank günündən gec olmayaraq bu Müqavilənin 7.4-cü bəndində göstərilən Akta əsasən Operator tərəfindən tərtib edilmiş hesab-faktura və elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
7.6. Sifarişçi qazın saxlanması xidmətlərinə görə hesablaşma ilə bağlı Operator tərəfindən təqdim edilmiş sənədlərdə səhvlər aşkar etdiyi halda bu barədə ona məlumat verməlidir. Sənədlərdə qeyri-dəqiq məlumatların olduğu təsdiq edildikdə Operator ödəniş sənədlərindəki səhvləri aradan qaldırdıqdan sonra yenidən dəyişdirilmiş sənədləri Sifarişçiyə təqdim etməlidir.
7.7. Qazın saxlanması xidmətlərinə görə ödənişlər barədə hesab-faktura və elektron qaimə-faktura Sifarişçiyə təqdim edildiyi tarixdən 30 (otuz) gün müddətində qazın saxlanması xidmətlərinə görə ödənişin məbləği Operatorun bank hesabına köçürülür.
7.8. Sifarişçi qazın saxlanması xidmətlərinə görə ödənişin məbləğini bu Müqavilənin 7.7-ci bəndi ilə müəyyən olunan müddətdə, dəbbəni (peniyanı) isə bu Müqavilənin 2.3.2-ci yarımbəndində nəzərdə tutulan qaydada Operatora ödəməlidir.
7.9. Ödəniş müddəti qeyri-iş gününə təsadüf etdikdə, ödənişin icra müddəti növbəti iş günü hesab edilir.
8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
8.2. Tərəflərdən hər biri bu Müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımi şəkildə yerinə yetirməməsi hallarını onun iradəsindən kənar və bu Müqavilə bağlanarkən əsaslı şəkildə qabaqcadan görə bilmədiyi və belə halların baş verməsinin və ya nəticələrinin qarşısının alınmaz olduğu qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verdiyini sübut edərsə, bu Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir. Tərəfin bu Müqavilənin düzgün şəkildə və vaxtında yerinə yetirilməsi üçün lazımi maliyyə vəsaitinin olmaması və ya Tərəfin öz öhdəliklərini pozması qarşısıalınmaz qüvvənin təsiri hesab edilmir.
8.3. Bu Müqavilənin ləğv edilməsi Tərəfləri bu Müqavilə ləğv edilənədək bu Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9. Qarşısıalınmaz qüvvə
9.1. Qarşısıalınmaz qüvvənin təsirinə Operator və Sifarişçi tərəfindən nəzarət edilməyən, onların səhvi və ya səhlənkarlığı nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət orqanlarının hüquqi aktları və bu kimi digər hallar aid edilir.
9.2. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən Tərəf hadisə baş verən vaxtdan ən geci 2 (iki) gün müddətində digər Tərəfi xəbərdar etməlidir.
10. Mübahisələrin həlli
10.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar yolu ilə həll edirlər.
10.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən həll edilir.
11. Məxfilik
11.1. Tərəflər üçüncü şəxslər tərəfindən verilən məlumatların məxfiliyini “Fərdi məlumatlar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin etməyə zəmanət verir.
11.2. Tərəflər bu Müqavilə üzrə əldə etdiyi məlumatların məxfi saxlanılmasına təminat verirlər.
12. Yekun müddəalar
12.1. Bu Müqavilə Operator və Sifarişçi arasında bağlanıldığı (imzalandığı) tarixdən qüvvəyə minir və ______________20__ - __ il tarixədək qüvvədədir.
12.2. Tərəflər bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti hər növbəti dəfə bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu hallarda yeni Müqavilənin bağlanılması tələb olunmur.
12.3. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilir və imzalandıqdan sonra bir nüsxə Operatorda, digər nüsxəsi isə Sifarişçidə saxlanılır.
13. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri
|
Operator Hüquqi ünvanı ___________________ VÖEN-i_________________________ Bank rekvizitləri___________________ Səlahiyyətli şəxs_________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________ M.Y. |
Sifarişçi Hüquqi ünvanı ___________________ VÖEN-i_________________________ Bank rekvizitləri ___________________ Səlahiyyətli şəxs__________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________ M.Y. |
Qazın saxlanması xidmətlərinin göstərilməsi üçün qazın saxlanması sistem operatoru ilə sifarişçi arasında bağlanılan
“______”____________20___ il tarixli _____________nömrəli Müqaviləyə
1 nömrəli əlavə
Qazın qəbulu məntəqələri haqqında
MƏLUMAT
|
Sıra №-si |
Qazın qəbulu məntəqələri |
Sərfölçən cihazlar və (və ya) sayğaclar |
Qazın texnoloji izafi təzyiqi (bar) |
Tələb olunan illik qaz həcmi (min m3) |
|||||
|
qaz ölçü qovşağının adı |
yerləşdiyi ərazi (qazpaylayıcı stansiya, qaz tənzimləyici məntəqə, qaz kəməri və s.) |
tipi, markası |
zavod nömrəsi |
aşağı həddi |
yuxarı həddi |
aşağı həddi |
yuxarı həddi |
||
|
1. |
|
|
|
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
Operator Sifarişçi
Səlahiyyətli şəxs:_________________ Səlahiyyətli şəxs:_________________
(vəzifəsi, adı, soyadı və atasının adı) (vəzifəsi, adı, soyadı və atasının adı)
İmza_________ İmza _________
M.Y. M.Y.
Qazın saxlanması xidmətlərinin göstərilməsi üçün qazın saxlanması sistem operatoru ilə sifarişçi arasında bağlanılan
“______”____________20___ il tarixli _____________nömrəli Müqaviləyə
2 nömrəli əlavə
Qazın çatdırılması məntəqələri haqqında
MƏLUMAT
|
Sıra №-si |
Qazın çatdırılması məntəqələri |
Sərfölçən cihazlar və (və ya) sayğaclar |
Qazın texnoloji izafi təzyiqi (bar) |
Tələb olunan illik qaz həcmi (min m3) |
||||
|
qaz ölçü qovşağının və (və ya) istehlakçının adı |
yerləşdiyi ərazi və (və ya) ünvanı (qazpaylayıcı stansiya, qaz tənzimləyici məntəqə, qaz kəməri və s.) |
tipi, markası |
zavod nömrəsi |
aşağı həddi |
yuxarı həddi |
aşağı həddi |
yuxarı həddi |
|
|
1. |
|
|
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
Operator Sifarişçi
Səlahiyyətli şəxs:_________________ Səlahiyyətli şəxs:_________________
(vəzifəsi, adı, soyadı və atasının adı) (vəzifəsi, adı, soyadı və atasının adı)
İmza _________ İmza _________
M.Y. M.Y.
“Qazdan istifadə Qaydaları”na
4 nömrəli əlavə
Pərakəndə satıcı ilə istehlakçı (məişət istehlakçısı və (və ya) qeyri-məişət istehlakçısı) arasında qazın alqı-satqı müqaviləsi
№ ___
_____________________ “___” ________ 20___ il
(müqavilənin bağlanıldığı yer)
Bu Müqavilə bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (________________) olan nizamnamə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan (bundan sonra – Pərakəndə satıcı) (subyektin adı) və digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (_______________) olan, nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən (vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan (subyektin adı) və ya ünvanı (_______________) olan, fiziki şəxs (soyadı, adı, atasının adı) (bundan sonra – İstehlakçı) arasında (bundan sonra – ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər”) bağlanılır.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə mülki qanunvericiliyin, “Qaz təchizatı haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – Qanun), “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) və qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq, qaz təchizatının həyata keçirilməsi məqsədilə Pərakəndə satıcı ilə İstehlakçı arasında yaranan münasibətləri tənzimləyir.
1.2. Bu Müqaviləyə əsasən Pərakəndə satıcı İstehlakçıya qazın pərakəndə satışını həyata keçirməyi, İstehlakçı isə Qanunla və Qaydalarla müəyyən olunmuş tələblərə riayət etməklə istehlak etdiyi qazın dəyərini və sabit tarifi Pərakəndə satıcıya ödəməyi öz öhdəsinə götürür.
- Tərəflərin vəzifələri və hüquqları 2.1. Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:
2.1.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə əməl etmək;
2.1.2. fəaliyyət ərazisini və qazın satışı şərtlərini, habelə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş məlumatları rəsmi internet saytında yerləşdirmək;
2.1.3. ağıllı sayğacı olan istehlakçılar istisna olmaqla, istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;
2.1.4. istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;
2.1.5. Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;
2.1.6. istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan təzyiqdə, həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;
2.1.7. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş
məlumatların istehlakçılara çatdırılmasını və qorunmasını təmin etmək;
2.1.8. fasiləsiz (24/7) fəaliyyət göstərən “qaynar xətt” əlaqə mərkəzini yaratmaq və fəaliyyətini təmin etmək;
2.1.9. Qanunla və Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 2.2. Pərakəndə satıcının hüquqları aşağıdakılardır:
2.2.1. təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;
2.2.2. istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif Qaydaların 8.1.2-ci yarımbəndində göstərilən müddətdə tam ödənilmədiyi təqdirdə, qaz nəqli sistem operatorundan və ya qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək;
2.2.3. Qanunla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
2.3. İstehlakçıların vəzifələri aşağıdakılardır:
2.3.1. Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına əməl etmək;
2.3.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək;
2.3.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq Pərakəndə satıcıya ödəmək;
2.3.4. qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin Qaydaların 4.5.4-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə
Qaydaların 4.5.3-cü və 4.7.3-cü yarımbəndlərinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış qaz sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;
2.3.5. Qaydalara riayət etmək;
2.3.6. sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək;
2.3.7. müayinə aktına əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət göstərilməsi üçün qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı ilə müqavilə bağlamaq;
2.3.8. qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə müvafiq müqavilə bağlandığı hallarda texniki xidməti həyata keçirmək üçün tikinti obyektinə maneəsiz daxil olmalarını təmin etmək;
2.3.9. özünün barəsində və ya mülkiyyətində (istifadəsində) olan tikinti obyektinin qaz təchizatı ilə bağlı Qaydaların 3.3-cü bəndində göstərilən məlumatlarda və (və ya) sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, bu barədə 10 (on) gündən gec olmayaraq Pərakəndə satıcıya yazılı məlumat vermək;
2.3.10. Qanunla və Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
2.4. İstehlakçıların hüquqları aşağıdakılardır:
2.4.1. Pərakəndə satıcı ilə alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
2.4.2. qazın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmaq;
2.4.3. qazın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın razılaşdırılmış təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində vurulmuş ziyanın Pərakəndə satıcı tərəfindən ödənilməsini tələb etmək;
2.4.4. Pərakəndə satıcıdan Qaydalarla müəyyən edilən hallarda bildiriş almaq;
2.4.5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsini tələb etmək;
2.4.6. Pərakəndə satıcının təklif etdiyi qazın dəyərinə və sabit tarifə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək;
2.4.7. bu Müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə ən azı 1 (bir) ay əvvəl Pərakəndə satıcıya yazılı müraciət etmək;
2.4.8. Pərakəndə satıcı tərəfindən təqdim edilmiş hesab ilə razılaşmadıqda və ya qismən razılaşdıqda, razılaşmamasının səbəblərini göstərməklə hesabı aldıqdan sonra 5 (beş) gündən gec olmayaraq Pərakəndə satıcıya araşdırma aparılması üçün müraciət etmək;
2.4.9. Qanunla və normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
3. Hesablaşma və ödənişlərin həyata keçirilməsi şərtləri
3.1. İstehlakçılara qazın pərakəndə satış tarifləri və sabit tarif Qaydaların 10-cu hissəsinə uyğun olaraq tənzimlənir. İstehlak olunan qaza görə hesablaşmalar təyin edilmiş hər 1 (bir) kubmetr üçün __________ manat (ƏDV ilə) pərakəndə satış tarifi və _______manat sabit tarif üzrə aparılır. Tariflər Qaydaların 10-cu hissəsinə uyğun olaraq yenidən tənzimləndikdə yeni tariflər tətbiq olunur.
3.2. Qaydaların 7.16-cı, 7.17-ci, 7.20-ci, 7.22-ci və 7.23-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qazın istehlakına görə hesablaşmalar yalnız balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən aparılır.
3.3. Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən Pərakəndə satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyəri və sabit tarifi tam hesablanaraq növbəti təqvim ayının 10-dək Pərakəndə satıcının adından istehlakçıya hesab təqdim edilir (göndərilir). Pərakəndə satıcı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda isə qazın dəyərinə və sabit tarifə görə hesab bu bəndin birinci cümləsinin tələləri nəzərə alınmaqla Pərakəndə satıcı tərəfindən istehlakçıya təqdim edilir (göndərilir).
3.4. Hesab elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı formada istehlakçıya təqdim edilir (göndərilir).
3.5. Hesabda aşağıdakı məlumatlar göstərilir:
3.5.1. istehlakçının adı, ünvanı və fərdi istehlakçı kodu (fiziki şəxs olan istehlakçılara münasibətdə soyadı, adı və atasının adı, digər istehlakçılara münasibətdə tam adı);
3.5.2. qazın alqı-satqı müqaviləsinin tarixi və nömrəsi;
3.5.3. qaz sayğacının markası və nömrəsi;
3.5.4. hesablaşma dövrü üzrə qaz sayğacının əvvəlki və cari göstəriciləri, habelə istehlak olunan qazın həcmi (kubmetrlə);
3.5.5. qazın hər min kubmetrinə və sabit tarifə görə tətbiq olunan tarif;
3.5.6. hesablaşma dövrü üzrə qaz sayğacının göstəricilərinə əsasən istehlak olunan qaza görə və sabit tarif üzrə ödənilməli olan məbləğ;
3.5.7. sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcun, sabit tariflə bağlı qalıq borcun məbləği və ödənişin son tarixi (ödənişin son tarixi Qaydaların
7.9-cu bəndi nəzərə alınmaqla müəyyən edilir); 3.5.8. ödənişin üsulları;
3.5.9. hesabın tərtib edilməsi və istehlakçıya təqdim edilməsi (göndərilməsi) tarixləri;
3.5.10. hesabı təqdim edən subyektin adı, ünvanı və “qaynar xətt” əlaqə mərkəzinin nömrəsi;
3.5.11. hesablaşma dövrü üzrə istehlak olunan qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarifin ödənişin son tarixinədək tam məbləğdə ödənilməməsinin istehlakçıya qazın verilməsinin dayandırılmasına səbəb olacağı barədə məlumat.
3.6. Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri və sabit tarifi haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur.
3.7. Müxtəlif ünvanlar üzrə yerləşən tikinti obyektlərinin qaz təchizatı üçün istehlakçı ilə bir qazın alqı-satqı müqaviləsi bağlanıldığı halda istehlak olunan qazın dəyərinin və sabit tarifin ödənilməsinə dair hər bir tikinti obyekti üzrə istehlakçıya ayrıca hesab təqdim edilir (göndərilir).
3.8. Qazın sayğacla müəyyənləşdirilən hesabı və sabit tarif istehlakçıya təqdim edildiyi (göndərildiyi) tarixdən bir təqvim ayı müddətində istehlakçı tərəfindən tam ödənilməlidir.
3.9. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri və sabit tarif tam ödənildikdən sonra Pərakəndə satıcı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin və sabit tarifin ödənilməsini istehlakçıdan tələb edə bilməz.
3.10. İstehlakçının istifadə etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsinə dair yazılı hesabın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini Pərakəndə satıcı və ya müvafiq sistem operatoru daşıyır.
3.11. İstifadə olunan qazın hesabda göstərilən dəyəri və sabit tarif bank, poçt, POS-terminal, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu vasitəsilə ödənilir.
4. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri və təzyiqi
4.1. İstehlakçıya pərakəndə satılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir və həmin tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
4.2. Qazın uçotunun (hesabatının) aparılmasında ölçü vahidi olaraq, selsi ilə müsbət 20° temperatur, P = 760 mm c.s. = 0,101325 МPа mütləq təzyiq şəraitində bir kubmetr həcmi tutan qaz həcmi qəbul olunur.
4.3. Bu Müqavilə üzrə istehlakçıya pərakəndə satılan qazın təzyiqi ______________________ aşağı olmamaqla müəyyən edilir.
(qazın təzyiqinin göstəricisi)
4.4. Qazın keyfiyyət göstəricilərinə və təzyiqinə uyğun verilməməsi nəticəsində təqsirkar tərəf vurulmuş zərərin əvəzini ödəməlidir. Zərər və onun əvəzinin ödənilməsi məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
5. İstehlakçının tikinti obyektində quraşdırılmış qaz qurğusu və qaz sayğacı haqqında məlumatlar
5.1. İstehlakçının tikinti obyektində quraşdırılmış qaz qurğuları haqqında məlumat:
|
Sıra №-si |
Quraşdırılmış qaz qurğularının xarakteristikası |
|
|||
|
qaz qurğusunun adı |
tipi və ya markası |
maksimal saatlıq qaz sərfi (kubmetrlə) |
istilik gücü, (kVt) |
sayı |
|
|
|
|
|
|
|
|
5.2. İstehlakçının tikinti obyektində quraşdırılmış qaz sayğacı haqqında məlumat:
|
Sıra №-si |
Quraşdırılma yeri |
Markası |
Nömrəsi |
Quraşdırılma tarixi |
Üzərindəki plombların nömrəsi |
Dövlət yoxlamasından keçirilməsinin son tarixi |
|
|
|
|
|
|
|
|
6. Öhdəliklərin icra olunması
6.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində digər Tərəfə dəymiş birbaşa zərərə görə məsuliyyət daşıyırlar.
6.2. Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən İstehlakçıya verilən qazın həcmi sayğacın göstəricilərinə əsasən müəyyən edildikdən və bu barədə İstehlakçıya hər ay bildiriş təqdim edildikdən və qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə Pərakəndə satıcı arasında razılıq olduqda İstehlakçının istifadə etdiyi qazın dəyəri və sabit tarif barədə hesab belə bir razılıq olmadıqda isə Pərakəndə satıcı tərəfindən hər ay hesab təqdim edildikdən (göndərildikdən) sonra İstehlakçı hesabda göstərilən məbləği 1 (bir) ay müddətində tam məbləğdə ödəmədikdə Pərakəndə satıcının təşəbbüsü ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi dayandırılır.
7. Tərəflərin məsuliyyəti
7.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
7.2. Tərəflərdən hər biri bu Müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımi şəkildə yerinə yetirməməsi hallarını onun iradəsindən kənar və bu Müqavilə bağlanarkən əsaslı şəkildə qabaqcadan görə bilmədiyi və belə halların baş verməsinin və ya nəticələrinin qarşısının alınmaz olduğu qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verdiyini sübut edərsə, bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir. Tərəfin bu Müqavilənin düzgün şəkildə və vaxtında yerinə yetirilməsi üçün lazımi maliyyə vəsaitinin olmaması və ya Tərəfin öz öhdəliklərini pozması qarşısıalınmaz qüvvənin təsiri hesab edilmir.
7.3. Bu Müqavilənin ləğv edilməsi Tərəfləri bu Müqavilə ləğv edilənədək bu Müqavilə şərtlərinin pozulması halları ilə bağlı məsuliyyətdən azad etmir.
7.4. Tərəflər bu Müqavilə üzrə öz öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
8. Qarşısıalınmaz qüvvə
8.1. Qarşısıalınmaz qüvvənin təsirinə Pərakəndə satıcı və İstehlakçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya səhlənkarlığı nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət orqanlarının hüquqi aktlar və bu kimi digər hallar aid edilir.
8.2. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən Tərəf hadisə baş verən vaxtdan ən geci 2 (iki) gün keçənə qədər digər Tərəfi xəbərdar etməlidir.
9. Mübahisələrin həlli
9.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar yolu ilə həll edirlər.
9.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən həll edilir.
10. Məxfilik
10.1. Pərakəndə satıcı İstehlakçı və yaxud da üçüncü şəxslər tərəfindən verilən məlumatların məxfiliyini “Fərdi məlumatlar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin etməyə zəmanət verir.
10.2. Tərəflər bu Müqavilə üzrə əldə etdikləri məlumatların məxfi saxlanılmasına təminat verirlər.
11. Yekun müddəalar
11.1. Bu Müqavilə Pərakəndə satıcı və İstehlakçı arasında bağlanıldığı tarixdən qüvvəyə minir və ____________ tarixinədək qüvvədədir.
11.2. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə bu Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, bu Müqavilənin müddəti hər növbəti dəfə bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur.
11.3. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilir və imzalandıqdan sonra bir nüsxə Pərakəndə satıcıda, digər nüsxəsi isə İstehlakçıda saxlanılır.
12. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri
|
Pərakəndə satıcı
Hüquqi ünvanı_____________________ VÖEN-i___________________________ Bank rekvizitləri_____________________ Səlahiyyətli şəxs____________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________
M.Y. |
İstehlakçı
Ünvanı ___________________________ Fiziki şəxs________________________ (adı, soyadı və atasının adı) VÖEN-i (olduqda)___________________ Bank rekvizitləri (olduqda)____________ Səlahiyyətli şəxs_____________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmza _________
M.Y. (olduqda) |
“Qazdan istifadə Qaydaları”na
5 nömrəli əlavə
Gəlir və xərclər haqqında hesabat
|
Sıra №-si |
Göstəricilər ('000 manat) |
Rüblük əsaslarla |
Qeydlər |
|
|
ötən il üzrə |
cari il üzrə |
|||
|
1. |
Cəmi gəlirlər |
|
|
|
|
1.1. |
Cəmi əməliyyat gəlirləri |
|
|
|
|
1.1.1. |
Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirlər |
|
|
|
|
1.1.2. |
sair əməliyyat gəlirləri |
|
|
|
|
1.2. |
Cəmi maliyyə gəlirləri |
|
|
|
|
2. |
Cəmi əməliyyat xərcləri |
|
|
|
|
2.1. |
Təbii qazın alış xərcləri |
|
|
|
|
2.2. |
Əməkhaqqı xərcləri |
|
|
|
|
2.3. |
Sosial ehtiyaclara ayırmalar |
|
|
|
|
2.4. |
Amortizasiya ayırmaları |
|
|
|
|
2.5. |
Sair xərclər |
|
|
|
|
2.5.1. |
rabitə |
|
|
|
|
2.5.2. |
mühafizə |
|
|
|
|
2.5.3. |
məsləhət xidməti |
|
|
|
|
2.5.4. |
qeyri-maddi aktivlərin köhnəlməsi |
|
|
|
|
2.5.5. |
icarə ödəmələri |
|
|
|
|
2.5.6. |
kommunal xərclər (açıqlaması ilə) |
|
|
|
|
2.5.6.1. |
|
|
|
|
|
2.5.6.2. |
|
|
|
|
|
2.5.7. |
nəqliyyat xidməti xərcləri |
|
|
|
|
2.5.8. |
təmir xərcləri |
|
|
|
|
2.5.9. |
reklam xərcləri |
|
|
|
|
2.5.10. |
auditor xidməti |
|
|
|
|
2.5.11. |
sığorta |
|
|
|
|
2.5.12. |
ezamiyyət xərcləri |
|
|
|
|
2.5.13. |
maya dəyərinə daxil olan vergilər |
|
|
|
|
2.5.13.1. |
torpaq |
|
|
|
|
2.5.13.2. |
əmlak |
|
|
|
|
2.5.13.3. |
ixracat vergisi |
|
|
|
|
2.5.13.4. |
sair vergilər |
|
|
|
|
2.5.14. |
bank xidməti |
|
|
|
|
2.5.15. |
digər xərclər (açıqlaması ilə) |
|
|
|
|
2.5.15.1. |
|
|
|
|
|
2.5.15.2. |
|
|
|
|
|
3. |
Cəmi maliyyə xərcləri |
|
|
|
|
3.1. |
Bank kreditlərinə faizlər |
|
|
|
|
3.2. |
Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri |
|
|
|
|
3.3. |
Digər maliyyə xərcləri |
|
|
|
|
4. |
Əməliyyat mənfəəti (zərəri) |
|
|
|
|
5. |
Vergiqoymadan əvvəl mənfəət (zərər) |
|
|
|
|
6. |
Mənfəət vergisi |
|
|
|
|
7. |
Hesabat dövründə xalis mənfəət (zərər) |
|
|
|
“Qazdan istifadə Qaydaları”na
6 nömrəli əlavə
Maliyyə vəziyyəti haqqında hesabat
|
Sıra №-si |
Göstəricilərin adı ('000 manat) |
Rüblük əsaslarla |
Qeydlər |
|
|
ötən il üzrə |
cari il üzrə |
|||
|
1. |
Uzunmüddətli aktivlər |
|
|
|
|
1.2. |
Qeyri-maddi aktivlər |
|
|
|
|
1.3. |
Torpaq, tikili və avadanlıqlar |
|
|
|
|
1.4. |
İnvestisiya mülkiyyəti |
|
|
|
|
1.5. |
Təxirə salınmış vergi aktivləri |
|
|
|
|
1.6. |
Uzunmüddətli debitor borcları |
|
|
|
|
1.7. |
Sair uzunmüddətli maliyyə aktivləri |
|
|
|
|
1.8. |
Sair uzunmüddətli aktivlər |
|
|
|
|
2. |
Qısamüddətli aktivlər |
|
|
|
|
2.1. |
Ehtiyatlar |
|
|
|
|
2.2. |
Qısamüddətli debitor borcları |
|
|
|
|
2.3. |
Pul vəsaitləri və onların ekvivalentləri |
|
|
|
|
2.4. |
Sair qısamüddətli maliyyə aktivləri |
|
|
|
|
2.5. |
Sair qısamüddətli aktivlər |
|
|
|
|
3. |
Cəmi aktivlər |
|
|
|
|
4. |
Cəmi kapital |
|
|
|
|
4.1. |
Nizamnamə (nominal) kapitalı |
|
|
|
|
4.2. |
Əlavə ödənilmiş kapital |
|
|
|
|
4.3. |
Kapital ehtiyatları |
|
|
|
|
4.4. |
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) |
|
|
|
|
5. |
Uzunmüddətli öhdəliklər |
|
|
|
|
5.1. |
Kredit və borc öhdəlikləri |
|
|
|
|
5.2. |
Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə ehtiyat |
|
|
|
|
5.3. |
Təxirə salınmış vergi öhdəlikləri |
|
|
|
|
5.4. |
Uzunmüddətli kreditor borcları |
|
|
|
|
5.5. |
Sair uzunmüddətli öhdəliklər |
|
|
|
|
6. |
Qısamüddətli öhdəliklər |
|
|
|
|
6.1. |
Kredit və borc öhdəlikləri |
|
|
|
|
6.2. |
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər |
|
|
|
|
6.3. |
Ticarət və sair kreditor borcları |
|
|
|
|
6.4. |
Sair qısamüddətli öhdəliklər |
|
|
|
|
7. |
Cəmi öhdəliklər |
|
|
|
|
8. |
Cəmi kapital və öhdəliklər |
|
|
|
“Qazdan istifadə Qaydaları”na
7 nömrəli əlavə
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
|
Sıra №-si |
Göstəricilər ('000 manat) |
Rüblük əsaslarla |
Qeydlər |
|
|
ötən il üzrə |
cari il üzrə |
|||
|
a) Hesabat dövrünün əvvəlinə pul vəsaitlərinin qalığı |
|
|
|
|
|
I. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti |
|
|||
|
1. |
Cəmi daxilolmalar, o cümlədən: |
|
|
|
|
1.1. |
Malların (işlərin, xidmətlərin) təqdim edilməsindən daxilolmalar |
|
|
|
|
1.1.1. |
xidmət satışından |
|
|
|
|
1.2. |
Müxtəlif mənbələrdən əməliyyat fəaliyyəti üzrə subsidiyalar |
|
|
|
|
1.3. |
Əməliyyat fəaliyyəti üzrə sair daxilolmalar |
|
|
|
|
2. |
Cəmi xərclər, o cümlədən |
|
|
|
|
2.1. |
Xammal və materiallara görə xərclər |
|
|
|
|
2.1.1. |
xammala görə |
|
|
|
|
2.1.1.1. |
texnoloji məqsədlər üçün xammala görə |
|
|
|
|
2.1.1.2. |
Yanacaq və sürtkü materiallarına görə |
|
|
|
|
2.1.2. |
material ehtiyatlarına görə |
|
|
|
|
2.2. |
əməkhaqqı və ona bərabər tutulan ödənişlər |
|
|
|
|
2.2.1. |
işçilərin əmək haqqı və sair pul ödənişləri |
|
|
|
|
2.2.2. |
əməkhaqqı üzrə digər ödənişlər |
|
|
|
|
2.2.3. |
fiziki şəxslərdən gəlir vergisi |
|
|
|
|
2.2.4. |
işçilərin məcburi dövlət sosial sığorta haqqı |
|
|
|
|
2.2.5. |
işçilərin əmək haqqından işsizlikdən sığorta haqqı (0,5%) |
|
|
|
|
2.2.6. |
icbari tibbi sığorta üzrə tutulma (2%) |
|
|
|
|
2.3. |
Əməkhaqqı fondundan məcburi ödənişlər |
|
|
|
|
2.3.1. |
əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı (22%) |
|
|
|
|
2.3.2. |
hesablanmış əməyin ödənişi fondundan işsizlikdən sığorta haqqı (0,5%) |
|
|
|
|
2.3.3. |
icbari tibbi sığorta üzrə tutulma (2%) |
|
|
|
|
2.4. |
Rabitə xərcləri |
|
|
|
|
2.5. |
Nəqliyyat xərcləri |
|
|
|
|
2.5.1. |
su nəqliyyatına görə |
|
|
|
|
2.5.2. |
hava nəqliyyatına görə |
|
|
|
|
2.5.3. |
dəmir yolu nəqliyyatına görə |
|
|
|
|
2.5.4. |
boru kəməri nəqliyyatına görə |
|
|
|
|
2.5.5. |
digər nəqliyyatlara görə |
|
|
|
|
2.6. |
Cəmi kommunal xərclər, o cümlədən: |
|
|
|
|
2.6.1. |
suya, kanalizasiya və tullantı sularının axıdılmasına görə |
|
|
|
|
2.6.2. |
elektrik enerjisinə görə |
|
|
|
|
2.6.3. |
təbii qaza görə |
|
|
|
|
2.6.4. |
istilik enerjisinə görə |
|
|
|
|
2.6.5. |
digər kommunal xidmətlərə görə |
|
|
|
|
2.7. |
Ezamiyyə xərcləri |
|
|
|
|
2.7.1. |
ölkədaxili ezamiyyələrə görə |
|
|
|
|
2.7.2. |
xaricə ezamiyyələrə görə |
|
|
|
|
2.8. |
Reklam, elan, mətbuat və bu qəbildən olan xərclər |
|
|
|
|
2.9. |
Mühafizə xərcləri |
|
|
|
|
2.10. |
Bank xidməti xərcləri |
|
|
|
|
2.11. |
Kreditə (borca) görə ödənilmiş faizlər, o cümlədən: |
|
|
|
|
2.11.1. |
dövlət zəmanətli kreditlər üzrə |
|
|
|
|
2.11.2. |
digər kreditlər üzrə |
|
|
|
|
2.12. |
Nümayəndəlik xərcləri |
|
|
|
|
2.13. |
Kadr hazırlığı xərcləri |
|
|
|
|
2.14. |
Elmi tədqiqat və layihə axtarış işlərinə çəkilən xərclər |
|
|
|
|
2.15. |
Cari təmir xərcləri |
|
|
|
|
2.16. |
Sığorta xərcləri |
|
|
|
|
2.16.1. |
icbari sığortaya görə |
|
|
|
|
2.16.2. |
könüllü sığortaya görə |
|
|
|
|
2.17. |
Sosial xərclər |
|
|
|
|
2.18. |
Vergilər |
|
|
|
|
2.18.1. |
əlavə dəyər vergisi |
|
|
|
|
2.18.2. |
əmlak vergisi |
|
|
|
|
2.18.3. |
torpaq vergisi |
|
|
|
|
2.18.4. |
mənfəət vergisi |
|
|
|
|
2.18.5. |
digər vergi və ödənişlər |
|
|
|
|
2.19. |
Əməliyyat fəaliyyəti üzrə digər xərclər |
|
|
|
|
b) Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin saldosu (sətir 1 - sətir 2) |
|
|
|
|
|
II. Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti |
||||
|
3. |
Cəmi daxilolmalar, o cümlədən: |
|
|
|
|
3.1. |
Dövlət əsaslı vəsait qoyuluşu üzrə daxilolmalar |
|
|
|
|
3.1.1. |
dövlət büdcəsindən daxilolmalar |
|
|
|
|
3.1.2. |
Dövlət Neft Fondundan daxilolmalar |
|
|
|
|
3.2. |
Kreditlər (borclar) üzrə daxilolmalar |
|
|
|
|
3.2.1. |
dövlət zəmanətli kreditlər (borclar) üzrə daxilolmalar |
|
|
|
|
3.2.2. |
digər kreditlər (borclar) üzrə daxilolmalar |
|
|
|
|
3.3. |
Maliyyələşdirmə fəaliyyəti üzrə digər daxilolmalar |
|
|
|
|
4. |
Cəmi xərclər, o cümlədən: |
|
|
|
|
4.1. |
Kreditin (borcun) əsas məbləğinə görə ödənişlər, o cümlədən: |
|
|
|
|
4.1.1. |
dövlət zəmanətli kreditlər üzrə |
|
|
|
|
4.1.2. |
digər kreditlər (borclar) üzrə |
|
|
|
|
4.2. |
Maliyyələşmə fəaliyyəti üzrə digər xərclər |
|
|
|
|
c) Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin saldosu (sətir 3 - sətir 4) |
|
|
|
|
|
III. İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti |
||||
|
5. |
Cəmi daxilolmalar |
|
|
|
|
5.1. |
Uzunmüddətli aktivlərin satışından daxilolmalar |
|
|
|
|
5.2. |
Pay alətlərinin və iştirak paylarının satılmasından daxilolmalar |
|
|
|
|
5.3. |
Borc alətlərinin satılmasından daxilolmalar |
|
|
|
|
5.4. |
İnvestisiya fəaliyyəti üzrə digər daxilolmalar |
|
|
|
|
6. |
Cəmi xərclər |
|
|
|
|
6.1. |
Əsas vəsaitlərin (fondların) alınması üzrə xərclər |
|
|
|
|
6.1.1. |
maşın və avadanlıqların alınması |
|
|
|
|
6.1.1.1. |
quraşdırılması tələb olunmayan maşın və avadanlıqların alınması |
|
|
|
|
6.1.1.2. |
quraşdırılması tələb olunan maşın və avadanlıqların alınması |
|
|
|
|
6.1.2. |
nəqliyyat vasitələrinin alınması |
|
|
|
|
6.1.3. |
digər əsas vəsaitlərin (fondların) alınması |
|
|
|
|
6.1.4. |
əsas vəsaitlərin (fondların) quraşdırılması |
|
|
|
|
6.1.5. |
əsas vəsaitlərin (fondların) tikintisi |
|
|
|
|
6.1.6. |
əsas vəsaitlərin (fondların) alınması üzrə digər xərclər |
|
|
|
|
6.2. |
Əsas vəsaitlərin (fondların) əsaslı təmiri |
|
|
|
|
6.3. |
Qeyri-maddi aktivlərin alınması |
|
|
|
|
6.4. |
Qiymətli kağız və səhmlərin alınması, uzunmüddətli faizli istiqrazların alınması |
|
|
|
|
6.5. |
İnvestisiya fəaliyyəti üzrə digər xərclər |
|
|
|
|
d) İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin saldosu (sətir 5 - sətir 6) |
|
|
|
|
|
IV. Digər əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti |
||||
|
7. |
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri |
|
|
|
|
e) Pul vəsaitlərinin saldosu (sətr b + sətir c + sətir d+ sətir 7) |
|
|
|
|
|
ə) Hesabat dövrünün sonuna pul vəsaitlərinin qalığı (sətir a + sətir e) |
|
|
|
|
|
Əlavə göstəricilər |
||||
|
1. |
Hesabat ilinin əvvəlinə kreditor borclar, o cümlədən |
|
|
|
|
1.1. |
daxili kreditorlar |
|
|
|
|
2. |
Hesabat ilinin əvvəlinə debitor borclar |
|
|
|
|
3. |
Hesabat ilinin əvvəlinə əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin balans dəyəri |
|
|
|
“Qazdan istifadə Qaydaları”na
8 nömrəli əlavə
Qazın satınalınması və satışı haqqında hesabat
|
Sıra №-si |
I. Ümumi məlumatlar |
|
|||||||
|
Göstəricilər |
Ölçü vahidi |
Qazın həcmi |
Qeydlər |
||||||
|
1.1. |
Topdan satıcıdan alınan qazın həcmi |
milyon m3 |
|
|
|||||
|
1.2. |
Satılmış qazın ümumi həcmi |
milyon m3 |
|
|
|||||
|
1.2.1. |
nəql şəbəkəsinə verilən qazın həcmi |
milyon m3 |
|
|
|||||
|
1.2.1.1. |
nəql şəbəkəsində qazın balansı (qəbul – təhvil) |
milyon m3 |
|
|
|||||
|
1.2.1.2. |
nəql şəbəkəsində texnoloji sərf |
milyon m3 |
|
|
|||||
|
1.2.1.3. |
nəql şəbəkəsində daxili tələbat |
milyon m3 |
|
|
|||||
|
1.2.1.4. |
nəql itkiləri |
milyon m3 (%) |
|
|
|||||
|
1.2.2. |
paylayıcı şəbəkəyə verilən qazın həcmi |
milyon m3 |
|
|
|||||
|
1.2.2.1. |
paylayıcı şəbəkədə qazın balansı (qəbul - təhvil) |
milyon m3 |
|
|
|||||
|
1.2.2.2. |
paylayıcı şəbəkədə texnoloji sərf |
milyon m3 |
|
|
|||||
|
1.2.2.3. |
paylayıcı şəbəkədə daxili tələbat |
milyon m3 |
|
|
|||||
|
1.2.2.4. |
paylanma itkiləri |
milyon m3 (%) |
|
|
|||||
|
1.3. |
Yeraltı qaz anbarlarında qalıq (hesabat dövrünün əvvəlinə) |
milyon m3 |
|
|
|||||
|
1.3.1. |
yeraltı qaz anbarlarından götürülən qaz |
milyon m3 |
|
|
|||||
|
1.3.2. |
yeraltı qaz anbarlarına vurulan qaz |
milyon m3 |
|
|
|||||
|
1.3.3. |
yeraltı qaz anbarları üzrə itki və texnoloji sərf |
milyon m3 |
|
|
|||||
|
1.3.3.1. |
vurmada |
milyon m3 (%) |
|
|
|||||
|
1.3.3.2. |
götürmədə |
milyon m3 (%) |
|
|
|||||
|
1.3.3.3. |
ehtimal olunan geoloji itki |
milyon m3 (%) |
|
|
|||||
|
1.3.4. |
yeraltı qaz anbarında qalıq (hesabat dövrünün sonuna) |
milyon m3 |
|
|
|||||
|
|
II. Satış haqqında məlumatlar |
|
|||||||
|
|
İstehlakçı kateqoriyası |
İstehlakçı sayı |
Satış həcmi (milyon m3) |
Satış məbləği (milyon manat) |
Qeydlər |
||||
|
2.1. |
Məişət istehlakçıları |
|
|
|
|
||||
|
2.1.1. |
illik istehlak həcminin aşağı hissəsi üçün |
|
|
|
|
||||
|
2.1.2. |
illik istehlak həcminin orta hissəsi üçün |
|
|
|
|
||||
|
2.1.3. |
illik istehlak həcminin yuxarı hissəsi üçün |
|
|
|
|
||||
|
2.2. |
Qeyri-məişət istehlakçıları |
|
|
|
|
||||
|
2.2.1. |
sənaye |
|
|
|
|
||||
|
2.2.2. |
kənd təsərrüfatı |
|
|
|
|
||||
|
2.2.3. |
əsas fəaliyyəti istilik enerjisinin istehsalı olan dövlət müəssisələri |
|
|
|
|
||||
|
2.2.4. |
çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təbii qaz |
|
|
|
|
||||
|
2.2.5. |
avtomobil nəqliyyatı |
|
|
|
|
||||
|
2.2.6. |
büdcə təşkilatları |
|
|
|
|
||||
|
2.2.7. |
digər sahələr |
|
|
|
|
||||
|
|
Cəmi: |
|
|
|
|
||||
|
III. Ödəniş haqqında məlumatlar |
|||||||||
|
|
Göstəricilər |
Məbləğ (milyon manat) |
Qeydlər |
||||||
|
3.1. |
Hesabat dövründə ödənilmiş məbləğ |
|
|
||||||
|
3.2. |
Borc qalıqları (əvvəlki hesabat dövründən) |
|
|
||||||
|
3.3. |
Yeni yaranan borclar |
|
|
||||||
|
3.4. |
Yığım faizi (%) |
|
|
||||||
|
|
Cəmi: |
|
|
||||||
|
IV. İstehlakçılarla bağlanılmış və ləğv edilmiş qazın alqı-satqı müqavilələri barədə məlumatlar |
|||||||||
|
|
Hesabat dövründə məişət istehlakçıları ilə |
Hesabat dövründə qeyri-məişət istehlakçıları ilə |
Qeydlər |
||||||
|
bağlanılmış müqavilələrin sayı |
ləğv edilmiş müqavilələrin sayı |
bağlanılmış müqavilələrin sayı |
ləğv edilmiş müqavilələrin sayı |
||||||
|
4.1. |
|
|
|
|
|
||||
|
V. Təhlillər və nəticələr (Bu bölmədə hesabat dövrü üzrə əsas dəyişikliklər, təhlillər və nəticələr qeyd olunur) |
|||||||||
|
|
|||||||||
__________________________