Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
"Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 17.08.2023-cü il tarixdə saat 08:00-dan,
"Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan , həmçinin “Müşviqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədi ilə saat 10:30-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Balakən rayonunun bir hissəsinin, paytaxtın Abşeron rayonunun Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin, Qaradağ rayonunun Müşviqabad qəsəbəsinin, Binəqədi rayonunun isə 28 May qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.
Digər xəbərlər
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir
Ağsu RQİİ-nin əməkdaşları təltif edilib