Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının sakinlərinin nəzərinə!

28 Avqust 2023

29.08.2023-cü il tarixdə saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo