Abonentlərin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq
07.09.2023-cü il tarixdə saat 10:00-dan “Keşlə” QPS-də 4 ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir
Ağsu RQİİ-nin əməkdaşları təltif edilib