Şəmkir, paytaxtın Sabunçu və Xətai rayon sakinlərinin nəzərinə!

20 Sentyabr 2023

Saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan “Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədi ilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun 1 hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo