Baş direktor əməkdə fərqlənən əməkdaşları mükafatlandırıb

09 Mart 2026

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Lənkəran rayonuna səfəri çərçivəsində əmək fəaliyyətində fərqlənən əməkdaşlarla görüşüb. Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Görüş zamanı çıxış edən baş direktor kollektivin əməyinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Daha sonra Birliyin 13 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

light-logo