Beynəlxalq Qadınlar Günü SOCAR-ın "Azəriqaz" İB-də qeyd olundu
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə SOCAR-ın "Azəriqaz" İB-nin rəhbərliyi və Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri qurumda çalışan xanım əməkdaşlarla görüş keçiriblər. İlk olaraq Azərbaycan qadınının cəmiyyətdəki müsbət rolundan danışılıb, xanımların əməyi yüksək qiymətləndirilib. Çıxış edənlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik ediblər. Sonda Birliyin xanım əməkdaşlarına hədiyyə təqdim olunaraq xatirə şəkli çəkilib.