Qarabağ RQİİ-nin əməkdaşları təltif edilib

16 İyun 2026

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Cəbrayıl rayonuna səfəri çərçivəsində Qarabağ Regional Qaz İstismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.

Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra Qarabağ RQİİ-nin 10 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

light-logo