“Azəriqaz”da peşə bayramı münasibətilə təltif olunan əməkdaşlarla görüş keçirilib

15 Oktyabr 2026

“Azəriqaz” İstehsalat Birliyində 20 sentyabr - “Neftçilər günü” peşə bayramı münasibətilə ölkənin neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə SOCAR-ın “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunan Birlik əməkdaşları ilə görüş keçirilib.

Görüşdə Birliyin baş direktoru Azər Məmmədov göstərilən diqqətə görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirib, təltif olunan əməkdaşlara işlərində uğurlar arzulayıb.

Daha sonra 9 nəfərə “Fəxri neftçi” döş nişanı, 21 nəfərə isə Fəxri Fərman təqdim edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

light-logo