Tərtər Regional Qaz İstismarı İdarəsinin işçiləri təltif edilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi Xidmət Sahəsində Tərtər Regional Qaz İstismarı İdarəsinin (RQİİ) bir qrup əməkdaşı ilə görüşüb.
Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra Tərtər RQİİ-nin 8 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Digər xəbərlər
Qarabağa mediatur təşkil olunub