“Azəriqaz” İB-nin baş direktoru Şəmkir RQİİ-nin fəaliyyət hesabatını dinləyib

25 May 2026

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şəmkir Regional Qaz İstismarı İdarəsinin inzibati binasında İdarənin məsul şəxsləri ilə görüş keçirib. İclasda Şəmkir RQİİ-nin fəaliyyət hesabatı dinlənilib.

Görüş zamanı son dövrlərdə görülən işlər, İdarənin cari fəaliyyəti, abonentlərə göstərilən xidmətlərin keyfiyyəti, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib.

Birlik rəhbəri fəaliyyətin daha da təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması və operativ xidmətin təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib, İdarənin əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

light-logo