“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərlə bağlı Seçki Komissiyasının iclası keçirilib

15 May 2026

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib.

İclasda Komissiya üzvləri tərəfindən seçkilərin şəffaf və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili istiqamətində fikir mübadiləsi aparılıb, seçkinin tarixi dəqiqləşdirilib, İctimai Şura üzvlərinin sayı müəyyən edilib.

İclasın yekununda qərara alınıb ki, İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilsin, seçkilər 26 may 2026-cı il tarixində saat 10:00-dan 12:00-dək “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağı şəklində keçirilsin.

light-logo