“Azəriqaz” İB-nin rəhbərliyi Qax rayonunda vətəndaşları qəbul edəcək

25 Avqust 2026

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 7) keçiriləcək. Görüşdə Qax və Şəki rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.

light-logo