Zaqatala RQİİ-nin əməkdaşları mükafatlandırılıb
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qax rayonuna səfəri çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Qax Xidmət Sahəsinin əmək fəaliyyətində fərqlənən əməkdaşları ilə görüşüb.
Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb, kollektivin əməyinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Birliyin 7 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Digər xəbərlər
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir