SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuraya seçkilər keçirilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya keçirilən seçkilərin nəticələri bəlli olub. Mayın 26-da saat 10:00-dan etibarən başlayan seçki prosesi 12:00-dək davam edib. Seçkilərdə səsvermə hüququ əldə etmiş 53 seçicidən 40-ı iştirak edib.
Nəticədə tələb olunan səs sayını toplamış, adları aşağıda qeyd olunan 7 namizəd İctimai Şuranın üzvü seçilib:
1) Bağırov Sabit Aydın oğlu
2) Ağababayeva Tükəzban Nahin qızı
3) Əhmədov Xanoğlan Əlüseyn oğlu
4) Şabanov İlham Rauf oğlu
5) Yusubov Fəxrəddin Vəli oğlu
6) Kərimov Kərim Seyidrza oğlu
7) Həsənov Xalid Şərif oğlu