Zaqatala RQİİ-nin fəaliyyət nəticələrinə dair əməliyyat müşavirəsi keçirilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qax rayonunda Zaqatala Regional Qaz İstismarı İdarəsinin (RQİİ) rəhbər şəxsləri ilə görüş keçirib.
İclasda Zaqatala RQİİ-nin fəaliyyət hesabatı dinlənilib, son dövrlərdə görülən işlər, idarənin cari fəaliyyəti, abonentlərə göstərilən xidmətlərin keyfiyyəti, qaz təsərrüfatının dayanıqlı və təhlükəsiz istismarı, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib.
Birlik rəhbəri fəaliyyətin daha da təkmilləşdirilməsi, operativ xidmətin təmin olunması və vətəndaş məmnuniyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Digər xəbərlər
Zaqatala RQİİ-nin əməkdaşları mükafatlandırılıb
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir