Tərtər RQİİ-nin fəaliyyət nəticələrinə dair əməliyyat müşavirəsi keçirilib

26 Oktyabr 2026

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi rayonunda Tərtər Regional Qaz İstismarı İdarəsinin (RQİİ) rəhbər şəxsləri ilə görüş keçirib.

Görüşdə Tərtər RQİİ-nin fəaliyyət hesabatı dinlənilib, son dövrlərdə görülən işlər, idarənin cari fəaliyyəti, abonentlərə göstərilən xidmətlərin keyfiyyəti, qaz təsərrüfatının dayanıqlı və təhlükəsiz istismarı, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib.

Birlik rəhbəri fəaliyyətin daha da təkmilləşdirilməsi, operativ xidmətin təmin olunması və vətəndaş məmnuniyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

light-logo