Şəhid Osman Manafov məzarı başında anıldı

27 Oktyabr 2026

44 günlük Vətən müharibəsində düşmənə sinə gərib mərdliklə döyüşən və qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Osman Manafovdur. Osmanın şəhidlik zirvəsinə ucaldığı gündən artıq 6 il ötür. Şəhidin anım günündə SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Birliyin digər məsul şəxsləri, həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, ailə üzvləri və təhsil aldığı 146 saylı məktəbin şagirdləri onun məzarını ziyarət edib. Anım mərasimində Osman Manafovun əziz xatirəsi ehtiramla yad edilib.

Həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edən Osman 2020-ci il oktyabrın 27-də Xocavənd-Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhidin atası Natiq Manafov “Azəriqaz” İB-nin əməkdaşıdır.

light-logo